/ / Məcburi köçkünlərin Bərdə rayonu ərazisində yeni salınmış yaşayış kompleksinə köçürülməsinə başlanılıb
Məcburi köçkünlərin Bərdə rayonu ərazisində yeni salınmış yaşayış kompleksinə köçürülməsinə başlanılıb
28.11.2013 [09:35]
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbə və məhəllələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilib, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Respublikanın bir çox yerlərində salınan belə yaşayış kompleksləri bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəlləyə artıq noyabrın 27-dən məcburi köçkünlərin köçürülməsinə başlanılıb.
Digər ərazilərdə olduğu kimi, burada da köçürülmə prosesi obyektivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon İcra Hakimiyyətinin, əraziləri işğal olunmuş rayonların İcra Hakimiyyətlərinin, məcburi köçkün icmalarının nümayəndələrinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən mənzillər ailə tərkibinə görə püşkatma yolu ilə verilir.
Yeni məhəlləyə 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Məhəllə su, elektrik, qaz və müasir istilik sistemi ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb.
Yeni evlərə köçürülən məcburi köçkünlər Prezident İlham Əliyevə yaratdığı belə nümunəvi şəraitə, onları hər cür rahatlığa malik mənzillərlə təmin etdiyinə görə dərin minnətdarlıqların bildirməklə onu da vurğulayırlar ki, bu, indiki şəraitdə onlar üçün dövlət başçısı tərəfindən ən böyük hədiyyə, diqqət və qayğıdır. Doğrudur, bu məhəllə də onlar üçün müvəqqəti məskunlaşma yerləridir. İndi məcburi köçkünlər də ağır şəraitdən xilas olub belə gözəl, geniş, müasir tipli, yaşayış üçün hər cür şəraitlə təmin olunmuş evlərə köçürülüblər. Bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində düşmən üzərində də qələbə çalaraq doğma yurdlarımıza qayıdacağıq.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na dövlətimizin başçısının 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa edilib və bu il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Həmçinin məhəllədə 280 yerlik uşaq bağçası, 540 yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilib.
Ümumilikdə 2001-2013-cü illər ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınıb, 40 min ailədən ibarət 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

