Yeni ümidlər, yeni başlanğıclar!
06.03.2026 [08:38]
Ağdama 346 nəfər yola salındı...
Son illər işğaldan azad edilmiş digər ərazilər kimi, Ağdam da öz tarixinin ən böyük dönüş nöqtələrindən birini yaşayır. Əsrlər boyu Ağdam mədəniyyətin, sənətkarlığın, iqtisadi həyatın mərkəzi olub. Vaxtilə dağıdılan şəhərin illər sonra yeni bir həyat ilə canlanması ölkəmizin əzmkarlığının və heç bir zaman ümidini itirməyən xalqın ən parlaq təcəssümüdür.
Sıfırdan başlanan quruculuq işləri
Ağdamın yolları əvvəlki kimi boş deyil. Bu gün o yollarda sevincini, həsrətini, xatirələrini özündə cəm edən insanlar gəzir. Şəhərdə böyük bərpa-quruculuq işləri aparılır. Ağdamda “ağıllı şəhər” konsepsiyasına uyğun müasir infrastruktur qurulur, yeni nəfəs, yeni həyat qayıdır. Prezident İlham Əliyevin söylədiyi “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”, - fikirləri qısa müddət ərzində artıq reallaşmağa başladı. Azərbaycan öz gücünə nəhəng işlərə start verdi. Sıfırdan bərpa-quruculuq işlərinə başladı.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
Növbəti sevinc!
Dünən Ağdam şəhərinə növbəti köç olub. Bu mərhələdə şəhərə köç edən 346 nəfərdən ibarət 90 ailəyə yeni mənzillərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
İşğaldan azad edilmiş ərazilərimizə baş tutan köçlər yalnız fiziki proses deyil, bu, gələcəyə olan inamın, mühüm təməllərin atılmasının, mədəniyyətin bərpasının və xalq birliyin simvoludur. Ağdamın hər bir məhəlləsində, məktəbində, xəstəxanasında, fabrikində və ən əsası, evlərində yeni bir gələcək qurulur. Bütün bunlar xalqımızın qəlbindəki yeni ümidlərin, yeni başlanğıcların simvoludur...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

