M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Yeni il gecəsi keçirilib
26.12.2013 [09:59]
Dekabrın 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Xocasən qəsəbəsindəki yeni kampusunda Yeni ilə həsr edilmiş bayram gecəsi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Xalq artisti Arif Məlikov, Xalq Artisti Teymur Göyçayev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.
Universitetin rektoru Nərgiz Paşayeva ali məktəbin tələbələrini və müəllimlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. O, başa çatmaqda olan ilin filial üçün uğurlu olmasını qeyd edib, tələbələrə yeni ildə təhsil uğurları arzulayıb.
Səfir Vladimir Doroxin vurğulayıb ki, bu universitet Rusiya ilə Azərbaycanı birləşdirən ən yaxşı vasitədir. “Bu, iki ölkə tərəfindən uğurla həyata keçirilmiş gözəl layihədir”, - deyən diplomat qeyd edib ki, 2013-cü il hər iki ölkə üçün uğurlu olub. V.Doroxin deyib: “Azərbaycan inkişaf edir, ölkənizdə sabitlik var, bu, çox vacibdir. Bundan əlavə, Azərbaycan Prezidentinin yenidən həmin vəzifəyə seçilməsi də başa çatmaqda olan ilin əlamətdar hadisəsidir. Ölkələrimizin münasibətləri baxımından bu il çox uğurlu olmuşdur. Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər etmişdir”.
Sonra MDU-nun Bakı filialının tələbə xoru çıxış edib. Tələbələr Azərbaycan və xarici ölkələrin musiqisini ifa ediblər.
Gecədə Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış ediblər.
Xatırladaq ki, MDU-nun Azərbaycandakı filialı 2007-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə universitet tələbələrinin birinci buraxılışı olub. Elə həmin il Xocasən qəsəbəsində bu ali məktəbin yeni kampusu istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

