Məcburi köçkünlərin İmişli rayonu ərazisində yeni salınmış qəsəbəyə köçürülməsi başa çatdırılıb
27.12.2013 [09:19]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həllində, yaşayış səviyyəsinin yüksəldilməsində, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilib və bu gün də etdirilməkdədir.
Belə ki, müxtəlif ərazilərdə bütün sosial texniki infrastrukturları ilə birlikdə yeni-yeni qəsəbələr salınıb, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə ölkəmizin başçısı cənab İlham Əliyevin daim ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir.
Yuxarıda da qeyd etdiyimiz kimi, ümumilikdə götürdükdə yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündürmərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq maddələrinə uyğun və mərhələli şəkildə həyata keçirilir. Elə İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.
Qeyd edək ki, adıçəkilən ərazidə 550 evdən ibarət qəsəbədə ilkin mərhələdə 325 ailə üçün inşa edilən məhəllənin hələ ötən ilin noyabr ayının 14-də açılış mərasimi keçirilib və Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən qısa müddət ərzində həmin qəsəbəyə köçürülməsi nəzərdə tutulmuş məcburi köçkün soydaşlarımız yeni mənzillərə köçürülüb.
Bu günlərdə isə ikinci mərhələdə tikintisi nəzərdə tutulmuş 225 ailəlik qəsəbənin inşası başa çatdırıldıqdan sonra İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbədəki mənzillərə köçürülməsi də başa çatdırılıb.
Ümumilikdə, qəsəbənin ərazisi 100 hektar sahəni əhatə edir ki, bundan 32,54 ha qəsəbənin tikintisi üçün, 44,96 ha isə həmin qəsəbəyə köçürülən məcburi köçkünlərə pay torpaqları kimi nəzərdə tutulub. Bundan əlavə, bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən yaraşıqlı 360 yerlik məktəb binası, digər zəruri infrastruktur tikilib.
Qəsəbədə 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, feldşer-mama məntəqəsi də məcburi köçkünlərin istifadəsinə verilib.
Qəsəbənin elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulub. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də, pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə qəsəbə ərazisində drenaj şəbəkəsi də tikilib.
Yeni qəsəbədəki mənzillərinə köçürülən və yeni ili yeni mənzillərdə qarşılamağa hazırlaşan məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə öz himayədarlarına - dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirərək qeyd edirlər ki, biz məcburi köçkünlər bütünlüklə Prezidentimizə arxalanır, Onun atdığı hər bir uğurlu addımına sevinir və inanırıq ki, məhz Onun çevik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarımıza da qayıdacağıq.
İllərdir biz belə mənzillərdə yaşamağın həsrətini çəkmişik. Düzdür, burada da müvəqqəti məskunlaşmışıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində düşmən üzərində də qələbə çalaraq doğma yurdlarımıza qayıdacağıq. Bu qənaətə gəlməyimizin səbəbi isə cənab Prezidentimizin qətiyyətli, dönməz siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daim artması, ordumuzun döyüş hazırlığının və hərbi sursatla təminatının müasir tələblər səviyyəsində olmasından irəli gəlir. Ona görə də, biz doğma torpaqlarımıza qayıdacağımıza tam əminik.
Göründüyü kimi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemləri, o cümlədən, sosial-məişət problemləri, işlə təmin olunmaları, pozulmuş hüquqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası və digər məsələlərlə bağlı tədbirlər dövlətimizin daim diqqət mərkəzində olub, bu sahədə ardıcıl və qlobal addımlar atılıb. Bu həssas məsələyə çevikliklə və prinsipiallıqla yanaşmağı fəaliyyətinin başlıca prioriteti hesab edən dövlətimizin başçısı bütün bu kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident İlham Əliyevin qeyd olunan sahə üzrə bu gün uğurla davam etdirdiyi siyasət ölkəmizdə və onun hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanır, beynəlxalq aləmdə də təqdir olunur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

