/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilkin tibbi-sosial ekspertiza müayinələrinin araşdırılması işləri başa çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilkin tibbi-sosial ekspertiza müayinələrinin araşdırılması işləri başa çatdırılıb
30.12.2013 [09:02]
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilkin əlillik müayinələri ilə bağlı aparılmış araşdırmaların nəticələrinə dair mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub.
Növbəti mərhələ kimi, ölkə üzrə ümumilikdə 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən 8 işçi qrupu yaradılıb.
İşçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar dekabrın 25-də başa çatıb. Araşdırmalar zamanı respublika üzrə 16850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərinin sənədləri qiyabi şəkildə yoxlanılaraq təsdiq edilib, 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb.
Əyani müayinəsi aparılmış vətəndaşlardan 753 nəfəri (6,4 faizi) barədə əlavə müalicə müəyyən olunub, qalan 10976 nəfərdən 1023 nəfəri (9,3 faizi) tam reabilitasiya, 905 nəfəri (8,2 faizi) isə hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət edilmiş 13197 nəfərdən 1468 nəfəri (11,1 faizi) müayinəyə gəlməyib. Araşdırmaların nəticəsi olaraq, işçi qrupları tərəfindən 13606 nəfərə ilkin əlillik təyin edilib və həmin şəxslərə müvafiq müayinə aktından çıxarışlar təqdim olunur. Vurğulanıb ki, əlillik müayinələrinin aparılmasında şəffaflığın təmin olunması işləri bundan sonra da davam etdiriləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

