İstirahət vaxtıdır!
19.06.2026 [08:50]
Yayda harada dincələk?
Azərbaycan və xaricdə qiymətlər...
İsti havalarda hər kəsi eyni sual düşündürməyə başlayır: bu il harada dincəlmək daha məqsədəuyğundur, doğma Azərbaycanın füsunkar guşələrində, yoxsa dünyanın başqa ölkələrində yeni yerlər kəşf edərək? Əslində, bu sualın vahid cavabı yoxdur, çünki ideal istirahət anlayışı hər bir insanın büdcəsindən, maraq dairəsindən, zaman imkanlarından və gözləntilərindən asılı olaraq dəyişir.
Yay turizmi bütün dünyada iqtisadi, sosial və mədəni inkişafın mühüm hərəkətverici qüvvələrindən biri hesab olunur. Son illər ölkəmizdə də yay turizmi sürətlə inkişaf edir. Azərbaycanın zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, qədim tarixi abidələri, milli mətbəxi və qonaqpərvər insanları həm yerli, həm də xarici turistlərin diqqətini özünə cəlb edir. Xüsusilə, dağlıq bölgələrdə yerləşən istirahət məkanları, dənizkənarı ərazilər və ekoturizm marşrutları böyük maraq doğurur.
Son zamanlar qlobal inflyasiya, hotellərdə qiymət artımı və başqa amillər ailəvi istirahət planlaşdıran insanları daha rasional seçimlər etməyə sövq edir. Xüsusilə, vizasız rejim tətbiq olunan, nəqliyyat baxımından əlçatan və gündəlik xərclərin aşağı olduğu istiqamətlər 2026-cı ilin yay mövsümündə daha çox maraq doğurur.
Gürcüstan, Türkiyə, Rusiya...
2026-cı ilin yay mövsümü üçün azbüdcəli ailələrə uyğun olan, həm region daxilində, həm də daha uzaq istiqamətlərdə yerləşən sərfəli ölkələrə, onların real xərclərinə və üstünlüklərinə diqqət yetirək:
Azərbaycanlı ailələr üçün ən əlçatan istiqamətlərdən biri yenə də Gürcüstandır. Coğrafi yaxınlıq, vizasız gediş-gəliş və qatarla Bakı-Tbilisi istiqamətində marşrut xəttinin yenidən istifadəyə verilməsi, münasib gündəlik xərclər bu ölkəni yay mövsümünün favoritlərindən birinə çevirib. Tbilisinin tarixi küçələri və Batuminin Qara dəniz sahili həm iqtisadi, həm də rahat istirahət imkanları təqdim edir. Gürcüstanda ailəvi qonaq evləri və 3 ulduzlu hotellərdə gecələmə qiymətləri orta hesabla 25-40 dollar, yəni 40-68 AZN arasında dəyişir. Şəhər mərkəzindən bir qədər uzaqda isə daha ucuz seçimlər tapmaq mümkündür. Restoranlarda 3-4 nəfərlik ailə naharı təxminən 15-25 dollara, yəni 25-45 manat arası başa gəlir. Şəhərdaxili nəqliyyat isə olduqca ucuzdur. Yol xərcləri nəzərə alınmadan, 4 nəfərlik ailə gündəlik təxminən 60-90 dollar, yəni 100-150 AZN büdcə ilə rahat şəkildə istirahət edə bilir.
Türkiyə də ənənəvi olaraq azərbaycanlı ailələrin ən çox üz tutduğu istiqamətlərdən biridir. Antalya, Alanya və Bodrum kimi məşhur kurortlar ilk baxışda baha görünsə də, erkən rezervasiya və alternativ yerləşmə variantları sayəsində hələ də büdcəyə uyğun hesab olunur. 3 ulduzlu hotellər və ailəvi pansiyonlarda gecələmə qiymətləri 25-50 avro, yəni 49-98 AZN arasında dəyişir. “Hər şey daxil” sistemli hotellərdə isə qiymətlər gecəlik 80-150 avroya, yəni 157-295 manata qədər yüksəlir. Yerli “lokanta”larda və küçə yeməkləri ilə qidalandıqda adambaşına gündəlik yemək xərci təxminən 30 manat təşkil edir. Aviabiletlər öncədən alındıqda Türkiyədə 1 həftəlik ailəvi istirahət orta hesabla 800-1200 avroya, yəni 1577-2366 manata başa gəlir.
Son illər azərbaycanlı turistlərin diqqətini çəkən digər istiqamət isə Rusiyanın Dağıstan və Mineralnıye Vodı bölgələridir. Xəzər dənizi sahilində yerləşən Dərbənd və Mahaçqala, eləcə də Kislovodsk və Yessentuki kimi termal kurort şəhərləri həm yaxınlığı, həm də münasib qiymətləri ilə seçilir. Bu bölgələrdə ailəvi mənzillərin və ya 3 ulduzlu hotellərin günlük qiyməti 30-50 dollar, yəni 51-85 AZN arasında dəyişir. Qafqaz mətbəxinin geniş yayıldığı regionda gündəlik ailəvi qidalanma xərci isə orta hesabla 25-35 dollar, yəni 42-59 AZN təşkil edir.
Azərbaycanda istirahət etmək istəyənlər...
Yay mövsümündə Azərbaycanda da münasib büdcə ilə həm təbiət, həm dəniz, həm də istirahət zonasından zövq almaq mümkündür. Ölkə daxilindəki otellər həm komfort, həm də qiymət baxımından geniş seçim imkanı yaradır. Azərbaycanın müxtəlif bölgələrində yerləşən otellər bu mövsüm üçün maraqlı seçimlər və müxtəlif büdcələrə uyğun qiymətlər təklif edir.
“Quba Palace” otel - Qiymətlər 395 manatdan başlayır. İki nəfərlik otağa səhər və axşam yeməkləri daxildir.
“Mountain Breeze” otel - İki nəfərlik kotec 165 manat, dörd nəfərlik kotec isə 250 manat təşkil edir.
Şəki “Marxal” otel - İki nəfərlik otaq 190 manatdan başlayır. Qiymətə səhər yeməyi daxildir.
“Sheki Park” otel - İki nəfərlik otaq 100 manat, dörd nəfərlik isə 150 manatdır.
“Shamakhi Palace” otel - İki nəfərlik otaq üçün:
Səhər yeməyi ilə - 238 manat
Səhər və axşam yeməyi ilə - 267 manat
Üç dəfə qidalanma ilə - 297 manat
“Göyqurşağı” otel (Şamaxı) - İki nəfərlik otaq 70 manat, dörd nəfərlik otaq 100 manatdır.
“Qafqaz Riverside” (Qəbələ) - İki nəfərlik otaq 298 manat.
“Qafqaz Tufandağ” otel - Qiymətlər 389 manatdan başlayır.
“Nohurgöl” otel - Otaq qiymətləri 180 manatdan başlayır.
“Shabran” otel - İki nəfərlik otaq 190 manatdır.
“Qalaaltı” otel - Qiymətlər 210 manatdan başlayır.
“İlisu” otel (Qax) - İki nəfərlik otaq 80 manat təşkil edir.
“Hilltop Heaven” otel - İki nəfərlik otaq 100 manatdır.
“Lənkəran Springs” otel - İki nəfərlik otaq 260 manat, üç dəfə qidalanma daxil olarsa, 370 manat.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

