Qarın faydası ziyanından qat - qat çoxdur
06.02.2014 [09:23]
Qış nə qədər sərt keçərsə bərəkət də bir o qədər çox olar...
Ölkəmizə qarın yağması son dövrlər mətbuatın bir nömrəli mövzusuna çevrilib. Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, qarın yağmasının faydası ziyanından qat-qat çoxdur. Qar həm insan orqanizmi üçün təhlükəli olan bakteriyaları məhv edir, həm də ümumiyyətlə təbiətin canlanmasına, nəticədə də məhsul bolluğuna şərait yaradır. Belə ki, qar torpağın yad təsirlərdən qorunmasını, nəmliliyin mühafizə edilməsini və torpağın üstünü yorğan kimi örtməsi baxımından bitkini və səpilən toxumları isti tutaraq daha rahat inkişafını təmin edir.
Bitkilərin azot ehtiyacını qarşılayar
Qar yağışdan daha çox faydalıdır. Çünki yağış torpaqdakı nəmliyin faizini qar kimi yüksəltmək gücünə qadir deyil. Yağışın bir qismi torpağın səthindən axıb gedir, bir qismi isə yeraltı sulara, çaylara qarışır. Qar isə sanki damcı - damcı sulama üsulunda olduğu kimi suyun torpağın hər zərrəsinə gedib çatmasına şərait yaradır. Beləliklə, torpaqdakı nəmlilik faizi ən yüksək səviyyəyə çıxır. Həmçinin, qarda olan ammoniak qar əridikdən sonra torpaqda qalır. Bitkilərin azot ehtiyacı məhz qar vasitəsi ilə ödənilir. Mütəxəssislər eyni zamanda qeyd edirlər ki, qar örtüyü xəstəlik riskini də azaldır.
Bundan başqa qar quraq keçən yay aylarında su mənbələrimizin ən məhsuldar bir şəkildə bəslənməsi, anbar və gölməçələrin dolması üçün də olduqca faydalıdır. Qar heyvandarlıqla məşğul olan insanlarımızın da üzünü güldürəcək. Bildiyimiz kimi, xüsusilə heyvan xəstəliklərinin yayılmasında ən böyük faktor ortaq örüş sahələrindən istifadədir. Qar örtüyü altında qalan örüş sahələrində isə xəstəliklərin yayılma riski ortadan qalxmaqdadır. Mütəxəssislər eyni zamanda ölkəmizdə bir neçə gün ərzində yağan qarın baş verə biləcək quraqlıq təhdidini aradan qaldıracağını da sözlərinə əlavə edirlər. Buğda, qarğıdalı, şəkər çuğunduru və çəltik kimi bitkilərin suya duyduqları tələbatı heç kim dana bilməz. Soyuq hava pomidor, bibər kimi tərəvəz və meyvələrə zərər verə biləcək həşəratları da yox edir.
Qış nə qədər sərt keçərsə məhsuldarlıq da o qədər artar
Məsələ ilə bağlı müraciət etdiyimiz kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, qış nə qədər sərt keçsə o il kənd təsərrüfatında məhsuldarlıq daha da yüksək olur. Ekspert vurğulayıb ki, qarlı və soyuq hava həm taxıl məhsullarına daraşan gəmiricilərin sayını, həm də pomidor güvəsini azaldır, ancaq bu müsbət təsirin davamlı olması üçün qar yağışının davam etməsi də vacibdir: “Meyvə və tərəvəzlərin böyüməsi və yüksək məhsuldarlığın olması üçün qışda qar və soyuqlara ehtiyacı var. Xalq arasında istifadə edilən “qar yağanda kəndlinin üzü gülür” sözü elə - belə təsadüfən yaranmayıb. Qar və soyuq havanın başda meyvələr olmaqla bir çox kənd təsərrüfatı məhsuluna xeyri var”.
Qarın və soyuq havanın xüsusilə meyvəçilik üçün səmərəli olduğunu vurğulayan ekspert soyuq havaların öz təsirini göstərdiyi bu günlərdə qarın ümumiyyətlə həyata mənfi təsiri haqqında nə qədər çox danışılsa da qarlı və soyuq havanın təbiətə böyük faydası olduğunu nəzərə çatdırıb: “Qış, bitkilərin istirahət dövrüdür. Bu dövrdə bitkilər soyuq havaya ehtiyac duyurlar. Xüsusilə, meyvələrin böyüməsi və yüksək məhsuldarlığı üçün qışda qar yağması və soyuqlara ehtiyac var. Qar və soyuq havanın həddindən artıq olmağının xüsusilə fındıq, qoz və alma kimi meyvələrə çox faydası var. Qış eyni zamanda, fındıqda erkək və dişi çiçəklərin açması və tozlanma dövrüdür. Bu dövrdə havalar həddindən artıq soyuq olmazsa fındıqda tozlanma reallaşar”.
Qar əkinlərin yorğanı, su qaynaqlarının su anbarıdır
Qarın torpağın da istirahət dövrü üçün əhəmiyyətini vurğulayan ekspert Vahid Məhərrəmov qarın torpaq altındakı bitki örtüyünün mənfi təsirə məruz qalmaması baxımından da çox faydalı olduğunu da qeyd edib: “Son dövrdə ölkədə hökm sürən anormal hava şəraiti torpağın istirahət dövrünə girməsinə maneə törədirdi. Amma torpaq üzərini yorğan kimi örtən qarın yağmasından sonra istirahət dövrünə qədəm qoyur. Bu dövrdə torpaqda mikroorqanizmlərin fəaliyyətinin dayanması torpağın baharda daha mükəmməl bir şəkildə oyanmasına şərait yaradır. Dincəlmiş torpaq isə heç şübhəsiz, bitkinin daha yaxşı inkişafını təmin edəcək. Bundan başqa əkin sahələrinə və su ehtiyatlarına əhəmiyyətli dərəcədə dəstək olan qar hava çirkliliyinin qarşısını alan təbii filtr rolunu da oynayır”.
Oktay
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

