Yay vaxtına keçmək bizlərə nə vəd edir?
29.03.2014 [12:01]
Mütəxəssislər bunun bəzi faydalarının olduğunu düşünürlər
Günəş işığından daha çox faydalanmaq məqsədi ilə tətbiq edilən yay vaxtına keçid bu il də mart ayının son bazar günü reallaşacaq. Bu zaman saatlar bir saat irəli çəkiləcək. Xatırlatmaq yerinə düşər ki, saatların çəkilməsi ilə bağlı təklif ilk dəfə 1895-ci ildə Yeni Zellandiyalı zooloq Corc Vernon Hadson tərəfindən irəli sürülüb. O gündən etibarən bir sıra ölkələr bu periodik keçiddən istifadə etməyə başlayıb. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Fəsillərə uyğunlaşmaq üçün saat dəyişikliyi...
Hər il fəsilləri qovuşduran mart və oktyabr aylarında saatların çəkilməsi ətrafında müzakirələr qızışır. Bəziləri bunun faydasını israrla vurğulamağa çalışarkən, digər bir qrup isə saatların çəkilməsinin zərərini sübut etmək üçün canfəşanlıq edirlər.
Alimlər iddia edirlər ki, saatların çəkilməsi bir neçə cəhətdən faydalıdır. Əvvəla, gün işığından daha çox yararlanmaqla iqtisadiyyata dəstək vermək olar. Məsələn, ötən il Türkiyə Enerji Nazirliyinin alimləri tərəfindən aparılan araşdırmalar sübut edib ki, saatların çəkilməsi hər il 600-700 milyon kilovatt elektrik enerjisinə qənaətə imkan verir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, çalışdığı qurum ölkəmizdə həyata keçirilən yay və qış vaxtlarına keçidə nəzarət edir: “Məlumdur ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Oxşar praktika dünyanın bir çox ölkələrində tətbiq edilsə də, bu üsuldan istifadə etməyən ölkələr də az deyil.
Yay vaxtına keçidin həyata keçirildiyi ölkələrdə əsasən iqtisadi səmərəlilik əsas kimi götürülür. Bəzi ekspertlərin qənaətinə görə, saatların irəli - geri çəkilməsi müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu ölkələrdə, o cümlədən, Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə təxminən 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinə qənaət atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa İttifaqı ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır.
Bu il də ölkəmizdə eyni şəkildə mart ayının son bazar günü saatlar bir saat qabağa çəkiləcək və ölkədə yay vaxtına girilmiş olacaq. Bizdə də bəzən yay vaxtına keçidin ləğvi ilə bağlı müəyyən fikirlər səsləndirilir. Amma hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı qüvvədədir və biz də bu qərarın icrasına nəzarət edirik”.
Yay vaxtına keçid zamanı səhərlər erkən oyanmaq insanlara olduqca müsbət təsir göstərir...
Həkim - kardioloq Qalib Bağırovun fikrincə yay vaxtına keçid sağlamlığa olduqca xeyirlidir: “Düzdür, ilk dövrlərdə bəzən insanların bioloji rejimində tarazlığın pozulması halları müşahidə olunur. Buna isə daha çox azyaşlıların və yaşlı nəslin nümayəndələrinin reaksiya verdiyini deyirlər. Amma artıq orqanizmi kifayət qədər güclü olan orta yaşlı insanlarda isə bu hallar bir o qədər də özünü göstərmir. Həmin yaş kateqoriyasına aid insanlar daha tez adaptasiya olunurlar. Düşünün, səhər tezdən yuxudan oyanırsınız, immunitet get-gedə güclənir. Gün boyunca isə daha da gümrah olursunuz. Eyni zamanda yay vaxtına keçid zamanı səhərlər erkən oyanmaq insanlara olduqca müsbət təsir göstərir. Oksigenə olan tələbatı ödəyir və təmiz hava qəbul edirsiniz ki, bu da sizdə xoş əhval-ruhiyyə yaradır. Bunun nəyi pisdir ki?
Bundan başqa istirahət günündən başlayaraq insanlar öz gündəlik rejimlərini korrektə etsələr və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsalar, uyğunlaşma problemini də minimuma endirə bilərlər”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

