Zaqatala rayonunun 57 mindən artıq sakini tibbi müayinədən keçib
16.04.2014 [09:05]
Son illər respublikamızda əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il fevralın 17-də başlanan və mayın 1-dək davam edəcək əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası da məhz belə tədbirlərdəndir.
AzərTAc xəbər verir ki, tibbi müayinələr Zaqatala rayonunda da uğurla davam etdirilir. Rayon sakinləri onlara verilən bu imkandan yetərincə yararlanmağa çalışırlar. Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Yeni Suvagil və Danaçı kənd sahə xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva bildirib ki, aksiya çərçivəsində Zaqatala rayonu üzrə 18 yaşdan yuxarı 90 minə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. İndiyədək rayonun 57 min 87 sakini tibbi müayinədən keçib. Bu, nəzərdə tutulan əhalinin 63,5 faizini təşkil edir. Bundan əlavə, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabit heyəti də tibbi müayinələrə cəlb olunub.
Baş həkimin bildirdiyinə görə, tibbi müayinədən keçənlərin 13 min 595 nəfərinə ambulator müalicə təyin olunub. Ürək-damar və mədə-bağırsaq sistemində yaranan patologiya ilə əlaqədar 12 nəfər stasionar müalicəyə cəlb edilib, 2 sakin isə daha geniş müalicə üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Tibbi müayinədən keçən rayonun Qazangül qəsəbəsinin sakini, məcburi köçkün Vaqif Allahverdiyev, rayon sakinləri Şamama Mirzəyeva, Gülnarə Heydərova və başqaları xəstəxanada yaradılan şəraitdən, həkimlərdən razılıq edib, belə xeyirxah aksiyanın keçirilməsi təşəbbüsünə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

