/ / Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib
Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd edilib
29.04.2014 [09:08]
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində fəaliyyət göstərən Zərifə Əliyeva adına uşaq bağçasında anma tədbiri keçirilib.
Tədbirdə çıxış edən uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşadıb, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını diqqətə çatdırıb.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görüb, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət ayırıb.
Bildirilib ki, görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan idi. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri Onunla paylaşırdı.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparıb, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth etmiş Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə sanballı möhürünü vurub. Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyevanın xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq, daim dərin ehtiramla, rəğbətlə anılacaq.
Tədbirdə Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqları və əməkdaşları akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndiriblər. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarına xoş təəssüratlar bağışlayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41

