“İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilib
17.05.2014 [10:49]
Qərb Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru Fuad Məmmədovun DİA-nın Böyük Elmi Şurası tərəfindən Dövlət mükafatına təqdim olunan “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasının müzakirəsi keçirilib.
Müzakirədə çıxış edənlər əsərin əhəmiyyəti və özəllikləri barədə söz açıblar. Orada səslənən fikirlərdən bəzi məqamları oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Bəhruz Abdullayev:
- Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası hələ keçən əsrin 90-cı illərinin sonlarında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublika alimləri və siyasətçiləri qarşısında irəli sürdüyü vəzifələrə, Qərb ölkələrinin təcrübəsi əsasında Azərbaycanın milli dövlət idarəçiliyi sisteminin modernləşdirilməsi xəttinə uyğun olaraq hazırlanmışdır. O, elmi ictimaiyyətimiz və ölkəmiz üçün böyük əhəmiyyətə malikdir.
Bakı Dövlət Universitetinin (BDU) professoru Şahlar Əsgərov:
- Amerika alimi Harri Hamel ədalətli olaraq hesab edir ki, idarəetmə mühərrik, elektronika, dərmanlar və internet kimi kəşflərdən daha vacibdir. Əgər Cənubi və Şimali Koreyanın nailiyyətləri arasındakı fərqə nəzər salsaq, görərik ki, bu fərq məhz iki dövlət arasındakı idarəetmə mədəniyyəti müxtəliflikləri ilə şərtlənir. İdarəetmə mədəniyyəti bir çox milli problemlərimizin həllinin açarıdır. Buna görə də, bu monoqrafiya Dövlət mükafatına layiqdir.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı, professor Ağacan Abiyev:
- Monoqrafiya ölkəmiz, elmimiz, təhsil sistemimiz üçün böyük töhfədir. Mədəniyyət olmasa, bəşəriyyət olmazdı. Allah təbiəti və insanları yaratmışdır, insanlar mədəniyyəti inkişaf etdirməlidirlər. Məhz mədəniyyət, mədəni dəyərlər bizi insan edir. Yalnız ölülərdə stress olmur. Stresslərin əsl dərmanı kimyəvi preparatlar deyil, mədəniyyətdir: düzgün təfəkkür, etik davranış, musiqi, rəssamlıq! Fuad Məmmədov mədəniyyəti və idarəetməni birləşdirmişdir. Azərbaycanda mühüm tətbiqi əhəmiyyətə malik yeni elm yaranmışdır. Buna görə monoqrafiya ən yüksək mükafata layiqdir.
BDU-nun kafedra müdiri, professor İzzət Rüstəmov:
- Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” kitabı sistemli yanaşma əsasında onun tədqiqatlarında şərh olunan intellektual mədəniyyətin və humanizmin qabaqlayıcı inkişaf prinsipləri əsasında cəmiyyətimizin tərəqqiyə doğru yoludur... Bu fundamental əsəri ürəkdən dəstəkləyir və Azərbaycan Dövlət mükafatına layiq hesab edirəm.
BDU-nun professoru Fərman İsmayılov:
- Mədəniyyət bizi ağıl və gözəllik qanunları əsasında münasibətlər qurmağa öyrədir. Harada mədəniyyət varsa, orada xaos olmayacaq. Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası - Azərbaycan mədəniyyət və elmi fikir tarixində insanları necə düzgün idarə etməyi bizə öyrədən birinci kitabdır.
BDU-nun dosenti, əməkdar müəllim Tahir Behbudov:
- Fuad Məmmədovun kitabı əsaslı, sübutedici xarakterə malik fundamental əsərdir. Fuad Məmmədov böyük alimdir, biz onun kitabını Azərbaycan Dövlət mükafatına layiq hesab edirik.
Milli Məclisin deputatı, professor Asim Mollazadə:
- Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyası gənc Azərbaycan dövləti üçün çox aktualdır və ən yüksək dövlət mükafatına layiqdir. Təhsil və mədəniyyət hər bir dövlətin uğurlu inkişaf amilləridir. Dövlətimizin və xalqımızın uğuru mədəniyyətin inkişafı ilə bağlıdır. Bu kitab - yüksək təhsil sisteminin gözəl nümunəsidir.
BDU-nun kafedra müdiri, professor Kamil Səlimov:
- Mən kitabın nəzərdən keçirilməsinə iki aspektdən yanaşmaq istəyirəm. Birincisi, kriminalistika nöqteyi-nəzərindən. Başlıcası odur ki, Şər Xeyirə qalib gəlməsin. Bunun üçün məhkumları cəmiyyətin xeyrinə və əmək tərbiyəsi ilə inkişaf etdirərək, düzgün idarə etmək lazımdır. İkincisi, mən “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” monoqrafiyasında təqdim olunan metodologiyanı - kriminalistika və hüquqi mədəniyyət baxımından çox vacib olan insanların psixologiyası daxil olmaqla, müəllifin bütün sahələri əhatə edən konstruktiv sistemli yanaşmasını yüksək qiymətləndirirəm. Məhkumlarla ünsiyyət üçün biz artıq praktik olaraq Fuad Məmmədovun metodologiyası və ünsiyyət mədəniyyəti sistemlərindən istifadə edirik və onun real həyatda faydasını görürük.
Dosent Firudun Əhmədov:
- Fuad Məmmədov cəmiyyətin nəbzini yaxşı tutur və onun tələbatlarını bir çoxlarından daha yaxşı görür. Onun mədəniyyətimizin və Azərbaycan cəmiyyətinin kulturoloji maariflənməsinin inkişafına verdiyi töhfəni qiymətləndirmək üçün “İdrak” televiziya verilişinə baxmaq kifayətdir. Kitab böyük əhəmiyyət daşıyır, bilavasitə işdə uğur qazanmaq üçün praktik olaraq necə idarə etmək lazım olduğunu öyrədir. Burada xarici ölkələrin ən yaxşı praktik təcrübəsi təcəssüm edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Eldar Abbaszadə:
- Hər bir xalqın gələcəyi onun intellektual və mənəvi mədəniyyətindən asılıdır. “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsəri Azərbaycanın milli inkişaf strategiyası baxımından çox böyük elmi və praktik əhəmiyyətə malikdir. Ona görə də, mən Fuad Məmmədovun monoqrafiyasına Azərbaycan Dövlət mükafatının verilməsini dəstəkləyirəm.
Raifə Sərxan, iqtisadçı, şairə:
- Fuad Məmmədovun kitabı bizi öyrədir ki, idarəetmə mədəniyyəti özünüidarədən başlayır. Mən bu yaxınlarda Türkiyədə yazıçıların konfransında olmuşam və fəxrlə deyə bilərəm ki, orada da bu gözəl kitabla tanışdırlar və onu yüksək idarəetmə, davranış və kommunikasiya mədəniyyəti üzrə mənbə hesab edirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı:
- “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsərdir, Fuad Məmmədovun ən mühüm elmi nəticələrindən biridir. Eyni zamanda, universal bilikləri əhatə edən gözəl dərs vəsaitidir. Burada inzibati və iqtisadi idarəetmə qaydaları ilə yanaşı, etik problemlər, insanın mədəniyyətinin sosial-psixoloji xüsusiyyətləri, ünsiyyət normaları da öz əksini tapmışdır...
Dövlət İdarəçilik Akademiyasının Prezidenti yanında Azərbaycan Respublikası tələbəsi Kamran Məmmədov :
- Biz tələbələr professor Fuad Məmmədovun öyrətdiklərinin praktik faydasını, yəni, intellektual və etik mədəniyyətin, həmçinin, idarəetmə mədəniyyətinin gücünü görürük. Bu biliklər bizə üstünlüklər verir...
Şəlalə KƏSƏMƏNLİ,
“Simurq” AMA-nın mətbuat katibi
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

