28 May - Respublika Günündə Gəncədə İstiqlal parkının açılışı olub
30.05.2014 [08:59]
Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü günü Gəncədə daha bir istirahət mərkəzinin - İstiqlal parkının açılışı olub. Gülüstan yaşayış sahəsində ərazisi 5 hektar olan parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kvadratmetr qranitdən döşəmə salınıb. Abidənin postamentinə İstiqlal Bəyannaməsinin mətni, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin cümhuriyyətlə bağlı fikirləri və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.
Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay müddətində gördüyü böyük işlərdən danışıb, həmin dövrə nəzər salaraq bunu tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox az olduğunu qeyd edən Elmar Vəliyev deyib ki, Azərbaycan yalnız ikinci dəfə həqiqi müstəqilliyinə qovuşub ki, bu da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Onun ikinci dəfə siyasi hakimiyyətə gəlməsi xalqı bütün bəlalardan qurtararaq ağ günlərə çıxarıb. İndi Ulu öndər Heydər Əliyevin başladığı böyük işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki Qafqazda, eləcə də dünya birliyi ölkələri arasında böyük nüfuza malikdir.
Elmar Vəliyev son bir neçə ildə Gəncə şəhərində görülən genişmiqyaslı abadlıq və quruculuq işlərini də mərasim iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, dövlət başçısının diqqət və qayğısı ilə görülən genişmiqyaslı abadlıq işləri bundan sonra da sürətlə davam etdiriləcək.
Sonra AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, həmin universitetin professoru Həsənbala Sadıqov və başqaları çıxış edərək 1991-ci ildə bərpa edilən müstəqilliyimizin ilk illərində yaranmış çətinliklərin, eləcə də həmin dövrdə hökm sürən anarxiya və özbaşınalıqların qarşısının alınmasında Ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən və bunun da sayəsində müstəqilliyimizin əbədi, daimi və dönməzliyinin təmin edilməsindən danışıblar.
Həmin gün, həmçinin, Gəncə şəhər Heydər Əliyev park-kompleksində amfiteatrda böyük bayram konserti olub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

