Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qəbələ şəhərində vətəndaşları qəbul edib
05.07.2014 [09:57]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov iyulun 4-də Qəbələ şəhərində vətəndaşları qəbul edib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Qəbələ Şəhər Mədəniyyət Evində keçirilən qəbulda DTXK-nın sədri Qərib Məmmədov İsmayıllı, Şamaxı, Qəbələ və Ağsu rayonlarından olan 40-dan çox vətəndaşın müraciətini dinləyib.
Vətəndaşların bəziləri Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, mülkiyyətçilər arasında torpaq-sərhəd mübahisəsi məsələlərini qaldırıblar. Qəbula gələnlərin bir qismi isə torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi, yerli aqrar islahat komissiyasının qərarı ilə paylarına daxil edilmiş və bağ kimi istifadə etdikləri, lakin dövlət meşə fonduna aid torpaq sahələrinin özəlləşdirilməsi barədə müraciət ediblər.
Müraciətlərdə qaldırılan məsələlər həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, qəbulun keçirildiyi gün ərzində mütəxəssislər vasitəsilə yerlərdə yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri DTXK-nın kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb.
Vətəndaşların müraciətlərində öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədilə DTXK-nın aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib.
Qəbulla bağlı KİV-də əvvəlcədən elan verilib və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin region üzrə bütün strukturlarının və rayon (şəhər) şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28

