Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsinin icrasına başlayır
13.08.2014 [09:48]
Prezident İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması ölkəmizdə bu sahədə bir çox layihələrin reallaşdırılmasına təkan verir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən “İlboyu bilik” devizi ilə həyata keçirəcəyi “Qardaşlaşmış məktəblər” layihəsi belə layihələrdəndir.
Fondun informasiya təminatı sektorundan bildiriblər ki, layihə ilk mərhələdə 15 sentyabr - “Bilik günü”nədək Azərbaycanın iyirmi rayonunda orta ümumtəhsil məktəblərini əhatə edəcək. Fond iyirmi orta məktəbi qardaşlaşdıracaq.
Qloballaşan, informasiyanın, biliyin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi dünyada gənc nəslin müasir standartlara uyğun bilik və bacarıqlara, dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması, azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda tərbiyə olunması, fərqli milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşması, sağlam həyat tərzi keçirməsi, ətraf mühitin mühafizəsinə hazır olması, Azərbaycanın tarixini və mədəniyyətini dərindən bilməsi dövlətimizin qarşıya qoyduğu mühüm məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin bu tapşırığı Bilik Fondu tərəfindən bir sıra layihələrin, o cümlədən geniş şagird kütləsini əhatə edəcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdə tutan “Qardaşlaşmış məktəblər” layihəsinin icrasını zəruri edir. Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələrinə müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılması, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb edilməsi daxildir. Layihənin rəhbəri, Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovun sözlərinə görə, gələcəkdə respublikanın bütün bölgələrində şagirdlərin layihədən faydalanmaları nəzərdə tutulur. Respublikanın 10 rayonundakı 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət ediləcək, onlar bir-birləri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını təşkil edən “Qardaşlaşma haqqında Saziş” imzalanacaq. Sənəddə qardaşlaşmış məktəblərin birgə konfrans, “dəyirmi masa”, sərgi, konsert, muzey və tarixi yerlərə ekskursiyalar, eləcə də hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.
R.Həsənov bildirib ki, layihə çərçivəsində məktəblilərin mədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaq. Məsələn, Qubaya qonaq gələn məktəblilər soyqırımı memorial kompleksini ziyarət edəcəklər. “Qardaşlaşmış məktəblər” layihəsi, xüsusilə, etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlərə bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərinləşməsinə xidmət göstərəcəkdir. Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqda əsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hissinin formalaşmasına təkan verəcəkdir. Qeyd etmək lazımdır ki, layihə təkcə məktəbliləri əhatə etmir, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakını nəzərdə tutur.
“Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 15-də “Bilik günü” münasibəti ilə respublikanın bütün rayonlarında keçirilən “İlk dərs”lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.
Tədris ilinin ikinci yarısında layihənin qarşı tərəfin ev sahibliyi ilə davam etdirilməsi nəzərdə tutulur.
Növbəti tədris ilində Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsini digər regionlarda davam etdirəcəkdir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28

