IDEA İctimai Birliyi uşaqlar üçün “Şən bəbirlər” adlı müsabiqə elan edir
04.11.2014 [09:48]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi uşaqlar üçün “Şən bəbirlər” adlı ekoloji müsabiqə elan edir. Müsabiqə çərçivəsində azyaşlılar bəbiri və digər pişikkimiləri təsvir edən geyimlərdə çəkilmiş fotolarını IDEA İctimai Birliyinə göndərə bilərlər.
İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, layihənin əsas məqsədi uşaqlarda kiçik yaşlarından bəbirlərə, ümumilikdə isə fauna növlərinə sevginin formalaşdırılması və inkişaf etdirilməsi, onları bu nadir canlı növünün həyat tərzi, məskunlaşdığı ərazilərlə bağlı məlumatlandırmaq, bəbirlərin qorunmasının vacibliyini diqqət mərkəzində saxlamaqdır.
Müsabiqənin qaydalarına əsasən, fotolar istənilən formatda, peşəkar kamera və ya telefonla çəkilə bilər. Təqdim olunan fotolar yalnız bu müsabiqə üçün çəkilməlidir. Bir müəllif müsabiqəyə maksimum iki foto təqdim edə bilər. Uşaqlar heyvanların daha dolğun təsvirini yaratmaq üçün üzlərində boya ilə rəsmlər də çəkə bilərlər.
Müsabiqə 15 yaşınadək uşaqlar üçün nəzərdə tutulub. Tələblərə cavab verməyən fotolar müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti təqdim olunacaq fotolar arasından ən yaxşı və yaradıcı 3 qalib fotonu seçəcək. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs fotosunu 2015-ci il yanvarın 15-dən gec olmayaraq “Şən bəbirlər” başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərməlidirlər. Müəlliflər foto ilə birgə ad, soyad və əlaqə vasitələrini özündə əks etdirən sərbəst mətndə məlumatı da məktuba əlavə etməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

