Hacıqabul ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə işlər tam başa çatdırılıb
28.11.2014 [09:43]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilib və bu gün də davam etdirilməkdədir.
Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni-yeni qəsəbələr salınıb, hündürmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir.
Ümumilikdə yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündürmərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq bəndlərinə uyğun və mərhələli şəkildə həyata keçirilir.
Məcburi köçkün soydaşlarımıza göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilib. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra olunub və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.
Ümumilikdə bu günə kimi 89 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 46 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.
Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbə bütövlükdə 101 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.
Ümumilikdə 30 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 150 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ambulatoriya, poçt binası da tikilib.
Yeni yaşayış qəsəbəsi daimi elektrik, qaz, su ilə tam təchiz edilib.
Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.
Hazırda Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanılıb və bu proses yaxın zamanlarda yekunlaşacaq.
Yeni yaşayış məhəlləsinə köçürülən məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Məcburi köçkünlər Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını bildiriblər. Onlar bu inamın dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdən qaynaqlandığını vurğulayıblar.
Qeyd edildiyi kimi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20

