Milli Onkologiya Mərkəzində innovasiyalar
03.12.2014 [09:51]
Azərbaycan müasir mərhələdə sanballı iqtisadi tərəqqiyə nail olub. Bu da ölkədə səhiyyənin gələcək inkişafına şərait yaradıb.
Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə bu sahədə əhəmiyyətli uğurlar əldə olunub, tibb müəssisələrinin maddi-texniki bazası təkmilləşdirilib. Tamamilə təbiidir ki, səhiyyənin ən mühüm sahələrindən biri olan onkologiyaya xüsusi diqqət yetirilir. Hazırda Milli Onkologiya Mərkəzi ən müasir diaqnostik, terapevtik və cərrahi avadanlıqla təchiz edilib.
Mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev AzərTAc-a müsahibəsində baş-boyun şişlərinin cərrahi yolla müalicəsində innovasiyalardan - Milli Onkologiya Mərkəzində tətbiq edilən lazer cərrahiyyəsindən və Provoks səs protezlərindən danışıb.
Professor Əziz Əliyev deyib: “Mən həkimlərə, habelə xəstələrə gözəl şəraitin yaradılmasına, yüksək səviyyəli müalicə almaq imkanına görə ilk növbədə mərkəzin rəhbərliyinə - akademik Cəmil Əliyevə təşəkkür etmək istəyirəm.
Lazer aparatından bir neçə halda istifadə olunur: əvvələn, qırtlaq xərçəngində, şiş birinci və ya ikinci, yəni, T1 və ya T2 mərhələsində olanda. Təəssüf ki, Azərbaycanda bəzi xəstələr həkimə çox gec müraciət edirlər. Bu zaman şiş artıq T3 və ya T4 mərhələsində olur. Belə hallarda qırtlağı kəsib götürmək üçün geniş əməliyyat aparmalı oluruq. İkincisi, qalxanvarı vəzi şişi səs sinirlərinə yayılanda. Şiş çox böyükdürsə, onun yayılması səs sinirlərinin paresteziyasına səbəb olur. Belə hallarda səs telləri əməliyyat zamanı zədələnə bilər. Hər iki tərəfdə səs sinirlərinin zədələnməsi xəstənin tənəffüsünü çətinləşdirir. Onda biz xəstəyə traxeotomik zond qoyuruq və o, daim bu zondu gəzdirməli olur. Əgər xəstə bu sahədə ixtisaslaşmayan klinikaların birində əməliyyat olunubsa, onun səs sinirləri zədələnibsə və o, bu səbəbdən təngnəfəs olursa, onda səs tellərinin birinin üçdə iki hissəsini lazerin və mikroskopun köməyi ilə kəsib götürürük. Bundan sonra xəstə rahat nəfəs alır və traxeotomik zonddan canını qurtarır.
Bu əməliyyatı lazer aparatı və mikroskop olmadan etmək mümkün deyil. Əks halda xəstə daim traxeotomik zond gəzdirməlidir.
Üçüncüsü, xəstənin qırtlağında və səs tellərində polip varsa, onu lazer və mikroskop vasitəsilə kəsib götürmək olar. Poliplər lazerlə kəsilib götürüləndə heç bir fəsad olmur və xəstə ya həmin gün, ya da ertəsi gün evə buraxılır. Bundan əlavə, lazerdən istifadə qanaxmanı nəzarətdə saxlamağa imkan verir, çünki istər orqanın kəsib götürülməsində, istərsə də koaqulyasiya üçün lazerdən istifadə olunur. Polip endoskopik yolla kəsilib götürüləndə, qanaxma baş verir, xəstə üzərində larinqofissura əməliyyatı aparılır, qırtlaq açılır, nəticədə ciddi fəsadlar törənir, habelə intensiv terapiya tələb olunur. Belə hallarda xəstə azı 8-10 gün stasionarda yatmalıdır.
Milli Onkologiya Mərkəzində tətbiq edilən daha bir innovasiya Provoks aparatlarıdır. Xəstənin şişi T3 və T4 mərhələsindədirsə, laringektomiya edilməlidir. Əvvəllər belə xəstələr traxeostomaya görə çox çətinliklə danışırdılar. Bu da çox vaxt ağciyərlərin infeksiyaya yoluxmasına səbəb olurdu. Çünki adətən hava burundan keçərək təmizlənir və yalnız bundan sonra ağciyərlərə çatır. Lakin laringektomiyadan sonra xəstə birbaşa traxeostoma vasitəsilə nəfəs alır və deməli, aldığı hava təmizlənmir. Bu da ağciyərlərdə iltihab prosesinə gətirib çıxarır. Xəstəyə uzun sürən inqalyasiyalar etmək lazım gəlir.
İndi biz Milli Onkologiya Mərkəzində xəstələrə Provoks protezləri tövsiyə edirik. Bu protezlərin öz süzgəci var. Daxil olan hava təmizlənir və xəstənin ağciyərlərinin infeksiyaya yoluxmasını istisna edir. Bundan əlavə, xəstələr rahat danışa bilirlər. Belə protezlər həm də daha estetikdir və xəstələr cəmiyyətdə özlərini narahat hiss etmirlər. Ən başlıcası isə əməliyyatdan sonra onların həyat keyfiyyəti yaxşılaşır”.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

