“Bakcell” şirkəti Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb
24.12.2014 [09:28]
Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi olan “Bakcell” şirkəti ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində “ƏlfəCIN” adlanan intellektual layihəyə start verir. Şirkətdən verilən məlumatda qeyd olunur ki, “ƏlfəCIN” layihəsinin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır. “ƏlfəCIN” layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil ediləcək. Məlumatda qeyd olunur ki, layihə çərçivəsində ilk yarış olan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku Xəzər İntellektual Gənclər Klubu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə təşkil olunub. Ölkənin ən güclü 27 komandasının çıxış etdiyi turnirə 160-dan çox iştirakçı qatılıb. Turnir hərəsində 15 sual olmaqla 5 turdan ibarət olub. Yarış çox maraqlı idman mübarizəsi ilə yadda qalıb. Nəticədə, “Strekoza Geyzenberqa” komandası üçüncü, “Leviafan” komandası ikinci, “Vendetta” komandası isə birinci yeri tutub. 2015-ci ilin yanvarında baş tutacaq növbəti yarış isə “Nə? Harada? Nə zaman?” oyunu üzrə Universiada olacaq. Turnirdə Azərbaycanın 16 bölgəsindən 1000 nəfərdən çox tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində təşkil olunacaq digər turnirlər barədə məlumatlar “Bakcell” və Xəzər İntellektual Gənclər Klubunun rəsmi web səhifələrində və sosial media hesablarında yerləşdiriləcək.
SƏlim
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

