Tərtərlilər öz seçimlərini ediblər
24.12.2014 [09:52]
Dünən ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Və əvvəlcədən gözlənildiyi kimi, xalqımız, eyni zamanda, Tərtər rayonunun seçiciləri bu seçkilərdə də vətəndaş fəallığı göstəriblər.
Bunu deyən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Ramiz Şabanovun sözlərinə görə, Tərtər rayonu üzrə ümumilikdə 25 bələdiyyəyə seçki keçirilib ki, onlardan 1-i şəhər, 24-ü isə kənd bələdiyyələridir: “YAP Tərtər rayon təşkilatı 25 bələdiyyə üzrə seçkilərdə iştirak etmək üçün 229 nəfər partiya üzvünün namizədliyini irəli sürüb. İrəli sürülən namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir”.
Öz növbəsində istər seçicilər istərsə də seçkiləri izləyən yerli müşahidəçilər, həmçinin, müxtəlif müxalifət partiyalarının təmsilçiləri prosesin gedişindən razılıqlarını bildiriblər. Müşahidəçilər seçkilərdə hər hansı müdaxilənin, yaxud arzuolunmaz halların baş vermədiyini, prosesin demokratik dəyərlərə cavab verdiyini vurğulayıblar. Məsələn, 95 saylı Tərtər Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində müşahidəçi Etibar Priməmmədov deyib ki, bu seçkilər də əvvəlki seçkilər kimi beynəlxalq standartlara uyğun keçirilir: “Eyni zamanda, deyə bilərəm ki, seçici fəallığı olduqca yüksəkdir”.
Öz növbəsində rayonun Ələsgərli kəndindəki seçki məntəqəsində AVP-dən olan müşahidəçi Sədaqət Şirinova bildirib: “Seçkilər olduqca yüksək səviyyədə keçib. Proses ərzində hər hansı qanun pozuntusu qeydə alınmayıb”.
2 saylı seçki məntəqəsində MDHP-dən olan müşahidəçi Lazır Bağırov deyib ki, seçkilərə heç bir müdaxilə olmayıb və proses olduqca normal səviyyədə keçib.
Həmin dairənin 3 saylı məntəqəsində BQP-dən müşahidəçi Səttar Nəcəfov bildirib ki, seçkilər yüksək səviyyədə keçib, seçicilər azad şəkildə gəlib öz mövqelərini bildirib, istədikləri namizədə səs veriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

