Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib
30.03.2015 [09:40]
Muxtar respublikada təhsilin inkişafı diqqət mərkəzindədir. Son illər yaşayış məntəqələrində müasir məktəb binalarının tikilməsi, tədrisdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi təhsil infrastrukturunu tamamilə müasirləşdirib. Bu sahədə həyata keçirilən tədbirlər Ordubad rayonunu da əhatə edib.
Martın 29-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Məktəbin direktoru Əlağa Rzayev minnətdarlıq edərək deyib ki, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təminat məktəbdə dərslərin səmərəli təşkilinə imkan verəcəkdir. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər yaradılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl vətəndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və deyib ki, təhsil ölkəmizdə strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində təhsilin inkişafını diqqət mərkəzində saxlamışdır. Bu yol bu gün də davam etdirilir. Çünki təhsil sahəsində qazanılan uğurlar ölkə həyatının bütün sahələrində özünü göstərir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışanlar həm ötən əsrin 70-ci illərində, həm də müstəqillik dövründə təhsil alan insanlardır.
Ali Məclisin Sədri deyib: Təhsil hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək üçün təhsilli gənclər yetişdirmək lazımdır. Ulu öndər Heydər Əliyev də deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”. Bu gün məktəblərdə gənclərə təhsil verməklə yanaşı, həm də vətənpərvərlik hissləri aşılanmalı, onlar milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunmalıdırlar.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, açılışı bildirən lenti kəsib, məktəb binasında yaradılan şəraitlə və tədrisin vəziyyəti ilə maraqlanıb.
Müəllimlərdən Səkinə Tağıyeva və Sahilə Cəlilova yaradılan şəraitə görə minnətdarlıq edərək deyiblər ki, bu gün Ordubad rayonunda təhsilin inkişafına lazımi qayğı göstərilir. İstər Ordubad şəhərində, istərsə də Ələhi, Xurs, Nürgüt kimi ən ucqar dağ kəndlərində müasir məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdan xəbər verir. Müasir tədris şəraiti pedaqoji kollektivləri daha səylə çalışmağa, xalqımız və dövlətimiz üçün yararlı gənclər yetişdirməyə ruhlandırır.
Martın 29-da Ordubad şəhərində, həmçinin, yeni Aviakassa binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Ölkəmizdə hava nəqliyyatı sistemində həyata keçirilən tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Yeni hava limanlarının tikintisi, hava nəqliyyat vasitələrinin alınması, mütəxəssislərin hazırlanması dövlətimiz tərəfindən bu sahənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində yaşaması hava nəqliyyatının inkişafını zərurətə çevirmişdir. Ötən dövrdə muxtar respublikada müasir hava limanının və uçuş zolağının istifadəyə verilməsi bu sahənin inkişafında mühüm rol oynamışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir təyyarələri qəbul etmə və yolasalma imkanına malikdir”.
Ali Məclisin Sədri deyib: “Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığını təmin etməkdir. Hava nəqliyyatında sərnişinlərin rahatlığının təmin olunması isə, ilk növbədə bilet satışından başlanır. Əvvəllər muxtar respublikada bilet satışı yalnız Naxçıvan şəhərində həyata keçirilirdi. Bu da mərkəzdən uzaqda yerləşən Ordubad, Şərur və Sədərək rayonlarında yaşayan insanların bilet almasında müəyyən çətinliklər yaradırdı. Ona görə də Ordubad və Şərur rayonlarında müasir aviakassa binaları inşa olundu. Bu gün Ordubad şəhər Aviakassası istifadəyə verilir. Aviakassada müasir avadanlıqlar quraşdırılmışdır. Yaradılan şərait aviakassada Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakıdan başqa ölkələrə getmək istəyən rayon sakinləri üçün də bilet satışını həyata keçirməyə imkan verəcəkdir”.
Ali Məclisin Sədri Ordubad şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

