/ / “Milan Expo 2015” sərgisində “Mirroring Baku” vasitəsilə Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq
“Milan Expo 2015” sərgisində “Mirroring Baku” vasitəsilə Bakı və Milan arasında birbaşa əlaqə yaradılacaq
28.04.2015 [09:49]
Mayın 1-dən başlayacaq “Milan Expo 2015” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə yaradılacaq.
Milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılacaq. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdiriləcək.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu monitorlar vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olacaq. Pavilyonla tanış olan ziyarətçilər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görəcək, buradakı insanlarla əlaqə saxlaya biləcəklər. Eynilə, paytaxt sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanacaqlar. Böyük miqyasda Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın “Mirroring Baku” adlı bu layihəsi yığcam şəkildə minlərlə insanın ünsiyyətinə şərait yaradacaq.
Hazırda Heydər Əliyev Mərkəzinin parkında “Mirroring Baku”nun quraşdırılması işləri başa çatmaq üzrədir.
Qeyd edək ki, “Milan Expo 2015” beynəlxalq sərgisində “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” (Azerbaijan: Treasure of Biodiversity) adlanan milli pavilyon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunur.
“Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə təmsil olunacaq. Onlardan yalnız 55-i öz milli pavilyonu ilə iştirak edir. Oktyabrın 31-dək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən 20 milyonadək qonağın qatılacağı proqnozlaşdırılır.
Ümumilikdə 1800 kvadratmetr ərazidə təşkil olunan dördmərtəbəli Azərbaycan pavilyonu tərtibatı və ölkəni təqdimat formasına görə seçilir. Hazırlığın səviyyəsi və aparılan işlərin tempi baxımından ilk gündən fərqlənən milli pavilyonumuzda mayın 1-dən Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən təqdimatlar həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

