Gənclərimiz ilk Avropa Oyunlarına böyük dəstək və maraq göstərirlər
30.04.2015 [09:58]
İlk Avropa Oyunları öz əhəmiyyəti və miqyasına görə Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Bu mötəbər tədbirin Bakıda keçirilməsi isə Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstərcisidir. Ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar birinci Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını şərtləndirən başlıca faktorlardır.
Sevindirici haldır ki, ilk Avropa Oyunlarına ictimai təşkilatlar, idman mütəxəssisləri ilə yanaşı, gənclər də böyük dəstək və maraq göstərirlər. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fəal üzvü Mehdi Fərzəlizadə də belə gənclərdən biridir. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyəti var: “Ölkəmiz istər idmanı, istərsə də incəsənəti ilə hər zaman öndə olub. Müasir Azərbaycan gənci olaraq düşünürəm ki, “Bakı-2015” ilk Avropa Oyunları bizi dünyaya idmansevər bir ölkə kimi tanıdacaq. Doğrudur, Avropa Oyunlarının Azərbaycanda keçirilməsini indi bir çox dövlətlər həzm edə bilmir. Ona görə də, ölkəmizin əleyhinə təbliğat aparırlar. Ancaq onlar anlamalıdırlar ki, bu hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. İndi kimliyindən asılı olmayaraq, hər kəs bilməlidir ki, Azərbaycan tolerant və demokratik yolla inkişaf edən bir dövlətdir”.
“Azərbaycan artıq seçilən deyil, seçən ölkədir. İndi bizim ölkəmiz güclü bir dövlətdir. Bu, danılmaz, eyni zamanda, qürurverici fakt artıq dünyada da qəbul olunmuşdur”. Bunu isə qəzetimizə açıqlamasında fəal gənclərdən biri Kənan Kərimov bildirib: “Azərbaycan qısa bir zaman ərzində istər mədəni, istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü bir dövlətə çevrilib. Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar, bunun bir daha bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin idmana qayğısı bu sahənin tez və yüksək səviyyədə inkişafına gətirib çıxartdı. Gənclər və İdman Nazirliyinin yaradılması, məhz Ulu öndərin idman sahəsinə verdiyi önəmin bariz nümunəsi kimi qeyd oluna bilər. Ulu öndər ənənələrinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də idman sahəsinə eyni diqqətlə yanaşmaqdadır. Mən inanıram ki, ilk Avropa Oyunlarında idmançılarımız öz parlaq qələbələri ilə bizi sevindirəcəklər”.
V.Cavanşir
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

