Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının iclası keçirilib
19.05.2015 [09:55]
Mayın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Himayəçilik Şurasının üzvləri, Azərbaycandakı müxtəlif dini icmaların nümayəndələri, elmi dairələrin, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev çıxış edərək ötən il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzinin missiyası və həyata keçirdiyi layihələr barədə danışıb. Dövlət müşaviri qeyd edib ki, Azərbaycanda multikultural ənənələr əsrlərdən bəri xalqımızın qəlbində, beynində formalaşmış dəyərlərdir. Bu dəyərlər Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin ən üzdə olan nümunələrinin içərisində bir inci kimi tarix boyu səpələnmiş şəkildədir.
Diqqətə çatdırılıb ki, Azərbaycan multikulturalizminin siyasi banisi, ölkəmizin multikultural ənənələrinin siyasi müstəviyə gətirilməsi bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti uğurla davam etdirir. Bu gün Azərbaycan öz həyatını multikultural dəyərlər olmadan təsəvvür edə bilmir.
Bildirilib ki, qısa müddət ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi çox işlər görüb. Yeddi xarici ölkənin təhsil ocaqlarında və 8 yerli universitetdə tədris edilən “Azərbaycan multikulturalizmi” fənni Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını və tolerantlıq ənənələrini dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, ən ucqar yerlərdə yaşayan, təhsil alan Azərbaycan gəncləri multikultural dəyərlərə yiyələnirlər. Məqsəd həm Azərbaycan tolerantlığını, multikulturalizmini dünyada təbliğ etmək, eyni zamanda, dünyanın multikultural ənənələrini ölkəmizin gəncləri arasında təbliğ etməkdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın bir çox təşkilatlarında Azərbaycan multikulturalizmi mövzusu ilə bağlı “dəyirmi masa”lar keçirir. Mərkəzin fəaliyyəti nəticəsində Bakı Slavyan Universitetində Azərbaycan multikulturalizmi kafedrası yaranıb. Belə bir kafedranın yaradılması multikultural, tolerant dəyərlərin Azərbaycanda və onun sərhədlərindən kənarda öyrənilməsinin çox yaxşı bir nümunəsidir. Dünyanın müxtəlif universitetləri artıq Azərbaycan multikulturalizmini özündə tədris etmək üçün bizə müraciət edir və yaxın gələcəkdə universitetlərin sayını artıracağıq.
Dövlət müşaviri qurumun ölkəmizdə və xaricdə keçirdiyi elmi konfranslar, “dəyirmi masa”lar və digər silsilə tədbirlər barədə də danışıb.
Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli Mərkəzin illik fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək qurumun ölkəmizdə və xaricdə keçirdiyi elmi konfranslar, “dəyirmi masa”lar və digər tədbirlər barədə söhbət açıb.
Mərkəzin icraçı direktoru, professor Azad Məmmədov isə qurumun gələcək layihələri, perspektivləri barədə məlumat verib.
İclasda Himayəçilik Şurasının üzvləri - ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski, Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək ölkəmizdəki multikultural mühitdən, milli və dini qruplar üçün yaradılan şəraitdən, onlara yüksək diqqət və qayğıdan söhbət açıblar. Azərbaycanın multikultural dəyərlərinin dünyaya nümunə olduğu bildirilib və tolerantlığın Azərbaycan modelindən başqa ölkələrin də istifadə etmələrinin önəmi vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

