Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər
06.06.2015 [10:57]
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri 5 İyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramını qeyd ediblər. AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə Bakı Biznes Mərkəzində “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin fəaliyyətlərindən bəhs edən videofilm nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, qədim suvarma əkinçiliyi ənənələrinə malik Azərbaycanda müasir meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahə əsasən Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə inkişaf edib. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdı.
Ulu öndər keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlayırdı. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sonradan kənd təsərrüfatında, xüsusi ilə də meliorasiya və su təsərrüfatında durğunluq yaranmış, sahə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
Xalqın tələbi ilə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Mövcud meliorasiya potensialından səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına yönəlmiş siyasəti indi Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək, ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, bəzilərinin isə hazırda davam etdirildiyini bildirib. Qeyd olunub ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş, müstəqillik dövrünün ən böyük infrastruktur layihəsi olan və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəməri bu gün paytaxtın içməli su təchizatında mühüm rol oynayır. Bu kəmərin istismara verilməsindən sonra Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən içməli suyun bir hissəsinin Aran bölgəsinə yönəldilməsinə imkan yaranıb. Bu imkandan istifadə edərək Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri layihələndirilib. 2013-cü ildə Şirvan-Muğan qrup su kəmərinin 107 kilometrlik Hacıqabul-Biləsuvar hissəsi tikilib, Hacıqabul, Şirvan, Biləsuvar şəhərləri keyfiyyətli içməli su ilə təmin olunub. 2014-cü ildə isə Kür Sutəmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı şəhərlərinə 62 kilometr uzunluğunda yeni kəmər çəkilib və artıq hər iki şəhərin sakinləri bu mənbədən su alırlar.
Bu gün ölkəmizdə geniş miqyasda su və kanalizasiya layihələrinin icrası davam etdirilir. Hazırda 43 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Ucqar və sərhədyanı kəndlər də daxil olmaqla, yaşayış məntəqələrində icra edilmiş layihələr nəticəsində regionlarda və Abşeron yarımadasında milyonlarla insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.
İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində artıq 4 şəhərdə - Gədəbəy, Astara, Daşkəsən və Tərtərdə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” üzrə isə Qobustan şəhərində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.
Son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.
Ümumilikdə, son 11 il ərzində 6300 kilometr magistral və paylayıcı su xətti, 2130 kilometr kanalizasiya kollektoru xətti, 157 su anbarı, 86 su və kanalizasiya-nasos stansiyası tikilib istismara verilib.
Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqini və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu nəzərə alaraq, yeni Mərkəzi Laboratoriya yaradılıb və burada quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla, 138 parametrini təyin etmək mümkündür.
Elmi-praktik konfrans məruzələrlə davam etdirilib.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43

