ƏƏSMN-nin Səbail rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının yeni binası istifadəyə verilib
10.07.2015 [09:59]
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi məqsədilə mühüm islahat tədbirləri ilə yanaşı, Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması yönündə də işlər aparılır. Ötən ilin ortalarından etibarən ƏƏSMN-in 38 TSEK-indən artıq 24-ü müasir iş şəraiti və tibbi avadanlıqlarla, müayinə cihazları ilə təmin olunublar. Qısa müddət ərzində digər TSEK-lər də belə iş şəraitinə malik olacaq. Bu barədə ƏƏSMN-in Səbail rayonu üzrə 10 saylı TSEK-i üçün müasir tələblərə uyğun iş şəraitinin istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib.
Nazir müavini vurğulayıb ki, bu gün nazirliyin diqqətində dayanan əsas məsələ vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən, TSEK-lərə müraciət edən şəxslərin normal şəraitdə və keyfiyyətli tibbi-sosial ekspertiza xidmətləri ilə təmin olunmasıdır.
Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin xeyli gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran N.Məmmədov əlilliyin intensivlik göstəricisinin, habelə təkrar əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayının getdikcə azaldığını, tam və hissəvi reabilitasiya göstəricilərinin artmaqda olduğunu qeyd edib: “Hazırda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaratmaqla, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə səbəb olub. Ümumən tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin artırılması yönündə aparılan işlərin müsbət nəticələrindən biri kimi əlillik təyinatı məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı da kəskin şəkildə azalaraq minimuma enib”.
Sonra TSEK-in yeni iş şəraitinə, müayinə avadanlıqlarına baxış olub, göstərilən tibbi-sosial ekspertiza xidməti nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

