Azərbaycanın hərtərəfli inkişafı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı
11.07.2015 [10:51]
Səbail rayonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Səbail rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən Ağsaqqallar, Veteran Təşkilatları şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, digər ictimai təşkilatların, rayon bələdiyyələrinin və ictimaiyyətinin, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Şəhidlər xiyabanındakı qərargahında keçirilən tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, Azərbaycanın dövlətçilik ənənələrinin bərpası, respublikamızın iqtisadi qüdrətinin artması məhz Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gündən - 1969-cu il iyulun 14-dən başlanmışdır. Onun sözlərinə görə, həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Ulu öndər Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi.
Eldar Ağayev onu da qeyd edib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi: “Ümummilli liderimiz bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoydu, böyük starateji layihələrin həyata keçirilməsinə başlandı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Respublika Veteran Təşkilatları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Əfqanıstan Müharibəsi Veteranları İttifaqının sədri Məhəmməd Vəliyev, Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Hümbətov, müharibə veteranı Cəbrayıl Əliyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, gənc yazar Ülkər Piriyeva və başqaları Ulu öndərin 46 il öncə hakimiyyətə gəlişi, Onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

