Birinci Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr təqdim olunub
14.07.2015 [09:55]
“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində mühüm rol oynayan könüllülərin iyulun 11-də mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində keçirilən tədbirdə əvvəlcə könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov onları “Bakı-2015”-in mühüm parçası olduqları üçün təbrik edib. Nazir bildirib ki, birinci Avropa Oyunları uğurla təşkil olundu və ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı. İdmançılarımızın qazandıqları nailiyyətlər bizi daha da sevindirdi. Ancaq könüllülərin işini unutmaq olmaz. Onların yarışlar zamanı xidmətlərini ürəkdən alqışlayırıq. Həqiqətən onlar əcnəbilərə qonaqpərvərliyimizi və adət-ənənəmizi uğurla nümayiş etdirdilər.
Hazırda ölkəmizdə peşəkar könüllülərin mövcudluğunu diqqətə çatdıran nazir gələcəkdə onların yeni nəslə bu işin sirlərini öyrətməkdə yardımçı olacaqlarını ifadə edib. Bizim könüllülərlə işbirliyimiz bundan sonra da davam edəcək. Belə ki, qarşıda bizi “Formula-1” Avropa Qran-pri yarışları, IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları gözləyir. Həmin yarışlarda da biz könüllülərimizin əməyindən yararlanacağıq.
Çıxışının sonunda nazir könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Birinci Avropa Oyunlarının təşkilində könüllülərin rolunu xüsusi vurğulayan təhsil naziri Mikayıl Cabbarov mötəbər yarışın ölkəmiz üçün qoyduğu mirasın əhəmiyyətini yüksək qiymətləndirib. Təhsil naziri deyib ki, “Bakı-2015”-in yüksək səviyyədə təşkilindən sonra Azərbaycan idman ölkəsi və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirən dövlət kimi tanındı. Oyunların bizə qoyduğu ən dəyərli miras insan kapitalıdır. Yarışların təşkilinə cəlb olunan mütəxəssislərimiz, əsasən də gənclərimiz bu işə mühüm töhfə verdilər. Oyunlarda könüllülərin 14 mindən çoxu təhsil sistemindən qoşulmuşdu. Bu, bizi çox sevindirir. Bunu qürurverici hal kimi dəyərləndirirəm.
Nazir qeyd edib ki, dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük hərəkatının tələbələr arasında sistemli şəkildə həyata keçirilməsi üçün bu əlamətdar gündə bir çox tədbirlərin təşkili nəzərdə tutulub.
Könüllülər adından çıxış edən Gülnar Mərdanova onlara yaradılan şəraitə və fəaliyyətlərinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib.
Sonra bir qrup könüllüyə Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələr təqdim olunub. İlk 50 könüllüyə təşəkkürnamələri gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov təqdim ediblər. Təşəkkürnamələrin digər hissəsi gələn həftə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən veriləcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

