/ / “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
15.07.2015 [10:05]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Şurası ilə birgə “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdiyi yazı müsabiqəsinin qaliblərinin iyulun 14-də mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatda mili mənəvi dəyərlərin qorunması mövzusuna geniş yer ayrılmasının vacibliyindən danışıb. Mayın 1-dən iyunun 1-nə qədər keçirilmiş müsabiqədə jurnalistlərin fəal iştirak etdiyini bildirən sədr bu müddətdə müsabiqəyə 45 müəllif tərəfindən yazı təqdim edildiyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistləri təbrik edərək mətbuatın cəmiyyətin həyatındakı rolunu dövlətçilik maraqlarının, milli mənəvi dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib. Bildirilib ki, birinci Avropa Oyunları zamanı xaricdən təsirlərə qarşı mübarizədə Azərbaycan mətbuatı böyük işlər görüb. İdeoloji müstəvidə işğalçı Ermənistana, eləcə də Azərbaycana qarşı olan digər xarici dairələrə münasibətdə də mətbuatımız mühüm işlər həyata keçirməkdədir.
M.Qurbanlı jurnalistlər arasında “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqədə KİV nümayəndələrinin böyük həvəslə iştirak etdiklərini deyib. O, milli mənəvi, dini dəyərlərimizin təbliğində KİV nümayəndələrinin əməyini yüksək qiymətləndirərək bu cür müsabiqələrin mütəmadi keçiriləcəyini vurğulayıb.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Əməkdar jurnalist Cahangir Məmmədli çıxış edərək müsabiqənin keçirilməsinin, milli mənəvi dəyərlərin ölkə mətbuatında təbliğinin vacibliyindən danışıblar.
Daha sonra “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci, ikinci və üçüncü yerləri tutanlara müvafiq olaraq 1000, 700 və 500 manat məbləğində pul mükafatları verilib. Müsabiqədə iştirak etmiş 10 nəfərin hər birinə isə 100 manat məbləğində həvəsləndirici mükafatlar təqdim olunub. Qaliblərə pul mükafatı ilə bərabər, müqəddəs “Qurani-Kərim” və Ulu öndər Heydər Əliyevin mili mənəvi dəyərlərlə bağlı çıxışlarının yer aldığı “Heydər Əliyev siyasəti. Tolerantlıq” kitabı da hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

