Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib
17.07.2015 [12:11]
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti iftar süfrəsi iyulun 13-də Zaqatala rayonu Yuxarı Tala kənd məscidi dini icması tərəfindən təşkil edilib. İftar süfrəsində Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Dövlət Komitəsinə ayrılmış maliyyə vəsaiti hesabına aparılan maarifçilik işləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin dəstəyi ilə iftar süfrələri respublikanın bütün bölgələrində təşkil edilir və əsas məqsəd iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov və Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov çıxış edərək, bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər. Həmçinin bildiriblər ki, Dövlət Komitəsinin maliyyə dəstəyi ilə iftar süfrələrinin açılması mütərəqqi bir ənənənin başlanğıcıdır.
Daha bir iftar süfrəsi isə iyulun 15-də Qax rayon Mərkəzi Cümə məscidi dini icması tərəfindən açılıb. İftar süfrəsində Qax rayon İcra Hakimiyyətinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, dindarlar, rayon ziyalıları və ağsaqqallar iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov əvvəlcə bölgədə dini maarifləndirmə sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, son vaxtlar Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində, dini tədris ocaqlarında və məscidlərdə müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Eyni zamanda, dini icmalar da fəal şəkildə maarifçilik prosesinə cəlb edilib.
QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov iftar süfrəsinin təşkilinə və maarifçilik işinin aparılmasına görə rayon dindarları adından təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, dindarlar Prezident İlham Əliyevin din sahəsinə, milli mənəvi dəyərlərimizə və dini icmalara qayğısını yüksək qiymətləndirirlər.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli mənəvi dəyərlərimizin təbliği və dini maarifçilik işinin aparılması baxımından dini icmalar tərəfindən təşkil edilən iftar süfrələrinin əhəmiyyətini vurğulayıb. Sədr müavini bildirib ki, həm milli mənəvi dəyərlərimizin qorunmasında, həm də dini radikalizmə qarşı mübarizədə dini icmaların üzərinə böyük vəzifə düşür. Dövlət Komitəsi bu vəzifəni yerinə yetirmələri üçün dini icmalara hərtərəfli dəstək verir. Dini icmaların iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparması üçün onlara maliyyə yardımı göstərilməsi bunun bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

