Nəsimi rayonunda milli mətbuatın yaranmasının 140 illiyi qeyd olunub
23.07.2015 [09:28]
Dünən Nəsimi rayon İcra Hakimiyyətində (İH) milli mətbuatın yaranmasının 140 illik yubileyinə həsr olunan tədbir keçirilib. Öncə mərasim iştirakçıları Ümummilli lider Heydər Əliyevin İH-nin foyesindəki büstünün önünə tər çiçəklər düzüblər. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva qeyd edib ki, Azərbaycan mətbuatı 140 illik tarixi ərzində çox böyük inkişaf yolu keçib. Bildirilib ki, Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşrə başlayan “Əkinçi” qəzetinin ilk vaxtlar əsas məramı Azərbaycanda kütləvi savadsızlığın aradan qaldırılması, xalqın maarifləndirilməsi olub. Odur ki, 1875-ci ildən 1918-ci ilədək maarifpərvər ziyalılarımız bu istiqamətdə yorulmadan çalışıblar. 1918-1920-ci illərdə isə milli mətbuatımızın ən ümdə vəzifəsi Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyini xalqa düzgün şəkildə təbliğ etmək olub. Çox təəssüf ki, qazanılan dövlət müstəqilliyi iki il sonra itirilib və Azərbaycan mətbuatı 70 ildən artıq Sovet ideologiyasının təsiri altında olub. Nəhayət, ötən əsrin 90-cı illərində Azərbaycan öz dövlət müstəqilliyinə təkrar qovuşduqdan sonra milli mətbuatımız sözün həqiqi mənasında öz inkişaf yoluna qədəm qoyub. Gülarə Verdiyeva daha sonra qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycanda milli mətbuatın inkişafı 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra baş verdi. Üstündən bir müddət keçdikdən sonra, 1998-ci ildə mətbuatda senzuranın ləğv olunmasına dair Fərman imzalandı. Ulu öndər Heydər Əliyevin imzaladığı bu tarixi Fərman milli mətbuatımızın inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Daha sonra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu və üstündən az keçməmiş həmin borclar silindi”, - deyə natiq qeyd edib.
İcra başçısının müavini, həmçinin, deyib ki, dövlətin mətbuata olan diqqət və qayğısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də davam edib: “Biz bu gün əlamətdar bir hadisəni yaşayırıq. Milli mətbuatımızın 140 ili tamam olur. Bu münasibətlə iki gün əvvəl dövlət başçısının imzaladığı müvafiq sərəncamlarla bir qrup mətbuat işçilərinə fəxri adlar, Prezident təqaüdü, orden və medallar təqdim olunub. İki il əvvəl isə bir qrup mətbuat nümayəndəsinə dövlətin hesabına tikilmiş mənzillər hədiyyə olundu və Prezidentimizin də qeyd etdiyi kimi, bu iş qarşıdakı illərdə də davam etdiriləcəkdir. Xatırlamıram ki, nəinki MDB-də, hətta dünyanın hansısa bir ölkəsində belə bir hadisə baş versin, KİV nümayəndələrinə dövlət tərəfindən belə diqqət və qayğı göstərilsin. Bu, bir daha dövlətin mətbuata göstərdiyi diqqət və qayğının nəticəsidir”, - deyə o vurğulayıb.
G.Verdiyeva daha sonra Nəsimi rayon İH-nin də KİV nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini bildirib, rayonda aparılan abadlıq-quruculuq işlərinin daim mətbuat səhifələrində öz əksini tapdığını bildirib.
Tədbirin sonunda Nəsimi rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin işıqlandırılmasında yaxından iştirak edən media nümayəndələri mükafatlandırılıblar. Mükafat alanlar arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da olub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

