700 bal toplamış abituriyentin uğur formulu...
30.07.2015 [10:01]
İsa Məmmədli: Yüksək keyfiyyətli təhsil almaq üçün yaradılmış əlverişli şərait bu cür uğurların əldə edilməsində böyük əhəmiyyət daşıyır
Bu gündən etibarən qarşıdakı 10 gün ərzində ali məktəblərə qəbul imtahanlarında uğur qazanmış keçmiş abituriyentlər topladıqları müvafiq ballara görə ixtisas seçiminə başlayacaqlar. Yüksək tələbatlı, necə deyərlər, prestijli ixtisasları seçənlər isə təbii ki, qəbul imtahanlarında xüsusilə fərqlənmiş gənclərimiz olacaqlar. Onlardan biri də 1-ci ixtisas qrupuna keçirilən qəbul imtahanında maksimum miqdarda - 700 bal toplayan, Səbail rayonunda yerləşən 163 nömrəli tam orta məktəbin şagirdi İsa Məmmədlidir. Redaksiyamızın qonağı olan İsa Məmmədli əməkdaşımızla söhbətində imtahana necə hazırlaşmasından, valideynlərinin dəstəyindən, dostlarının ona güvənməsindən, eləcə də, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Öncə onu qeyd edək ki, dövlətin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının fonunda 163 nömrəli tam orta məktəbdə də şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün zəruri şərait yaradılıb. Təhsil ocağı Dövlət Proqramı çərçivəsində əsaslı təmir edilib, kommunikasiya xətləri, istilik sistemi tam yenilənib, məktəb binası yeni avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.
Beləliklə, sınaq imtahanlarında daim yüksək nəticələr göstərən İsa imtahanda maksimum nəticə əldə edəcəyinə inandığını deyib. “Bəs hansı ali məktəbi və ixtisası seçəcəksən” sualına isə İsa “Seçimim Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisası olacaq” cavabını verib.
İsa Məmmədli hazırlıq müddətində valideynlərinin ona mənəvi-psixoloji cəhətdən dəstək verdiklərini də bildirib: “Bu isə məndə xüsusi stimul yaratmaqla yanaşı, məsuliyyət hissimi gücləndirir, bunun da sayəsində qarşıya qoyduğum məqsədə çatmaq üçün var gücümlə çalışırdım”.
Bunlarla yanaşı, İsa imtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə davamlı çalışmağı tövsiyə edib: “Əsas məsələ məsuliyyətli olmaq və müntəzəm çalışmaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır”.
“Mən dövlətin təhsilə yüksək diqqət və qayğı göstərməsini də xüsusi qeyd etmək istəyirəm. Yüksək keyfiyyətli təhsil almaq üçün yaradılmış əlverişli şərait bu cür uğurların əldə edilməsində böyük əhəmiyyət daşıyır”, - deyə İsa Məmmədov bildirib.
İsanın atası - 163 nömrəli tam orta məktəbin tarix müəllimi Elşad Məmmədli isə bu nəticənin böyük fərəh və məmnuniyyət hissi yaratdığını qeyd edib: “İsanın belə bir böyük uğur qazanacağına inanırdım. Çünki daim dəqiqlik, məsuliyyətlilik prinsiplərini aşıladığımız İsa hər zaman nizam-intizamlı, çalışqan şagird kimi özünü göstərib. Biz daim onun seçimlərinə hörmətlə yanaşmışıq, onun məsuliyyətli, nizamlı, dəqiq və alternativ yol müəyyən etmək prinsiplərinə malik olmasına xüsusi diqqət yetirmişik. İftixar hissi ilə qeyd etmək istəyirəm ki, İsa ona inanan hər kəsin ümidlərini doğrultdu”.
Elşad Məmmədli onu da bildirib ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır: “Dövlətin təhsilə diqqət və qayğısının nəticəsi olaraq, yeni məktəblərin və digər tədris ocaqlarının tikintisi, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin keyfiyyətinin davamlı olaraq artması kimi amillər sevindiricidir. Məhz əldə edilmiş yüksək nəticələr, nailiyyətlər bu baxımdan xüsusilə təqdirəlayiqdir”.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24

