“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihəyə yekun vurulub
21.08.2015 [10:00]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihəyə yekun vurulub.
Öncə layihənin rəhbəri Polad İbrahimov layihə haqqında məlumat verərək bildirib ki, əsas hədəf gənclərin elmə marağının artırılması, onların elmi fəaliyyətinin təşviq edilməsi, elmin inkişafı, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin təbliğ edilməsi olub: “Layihə çərçivəsində “Azərbaycanlı gənc alimlərin elmi fəaliyyətinin təbliği”, “Azərbaycan elminin gələcək inkişafı gənc alimlərin fəaliyyətindən asılıdır”, “Qüdrət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” mövzularında təlimlər keçirib, ölkənin tanınmış elm xadimlərini bu görüşlərə cəlb etdik”.
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu hər bir cəmiyyəti irəli aparacaq vasitənin yalnız elm olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizin, cəmiyyətimizin inkişafı da bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır: “Bu, maraqlı bir layihədir və belə layihələrin tez-tez həyata keçirilməsi olduqca vacibdir. Bilirsiniz ki, hər bir cəmiyyəti irəli aparan əsas güc elmdir, təhsildir və onun intellektual göstəriciləridir. Bu baxımdan, bugünkü Azərbaycan gəncliyinin elmli, təhsilli olması vacibdir”.
Prezident İlham Əliyevin hər zaman Azərbaycan elminə, eləcə də, onun inkişafına xüsusi diqqət göstərdiyini deyən Hikmət Babaoğlu “Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son illər ərzində imzaladığı sərəncamlar elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması, xüsusilə, gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, Akademiya şəhərciyində akademik kitabxananın tikintisi ilə bağlı Sərəncamın verilməsi, ali məktəblərdə tədrisin səviyyəsinin artırılması yönündə ciddi islahatlar görülən işlərin daha effektiv nəticələr verməsini şərtləndirir”, - deyib.
Çıxışında müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafından da danışan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru hazırda dünyada qlobal güclərin milli dövlətləri sıradan çıxarmaq xəttini götürdüyünü bildirib. Hikmət Babaoğlu buna qarşı mübarizədə elmin, intellektual potensialın mühüm rol oynadığını və elmi, intellektual potensialı güclü olan milli dövlətləri sıradan çıxarmağın mümkün olmadığını da qeyd edib.
Daha sonra tədbir diskussiya formasında davam etdirilib.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

