Daşkəsəndə Bilik günü keçirilib
16.09.2015 [10:04]
Dünən Daşkəsən rayonunda 15 sentyabr - Bilik günü münasibətilə müxtəlif tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhərin mərkəzindəki A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə olub, burada pedaqoji kollektiv və şagirdlərin qarşısında çıxış edib. Ə.Abıyev deyib ki, Azərbaycan təhsilində bugünkü inkişafın əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub: “O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Ulu öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. Azərbaycanda ali təhsil də Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Azərbaycanda təhsilə olan böyük diqqət və qayğı bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir”.
Əhəd Abıyev deyib ki, ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Təkcə son dörd ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən 7 ümumtəhsil məktəbinin tikilib istifadəyə verilməsi, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas alıb.
Sonda Əhəd Abıyev bir daha şagirdləri, həmçinin bu dərs ilində ilk dəfə məktəbə qədəm basan şagirdləri və onların valideynlərini, təhsil işçilərini təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

