“Şərəf” ordeni Xalq Şairi Fikrət Qocaya təqdim olunub
23.09.2015 [10:23]
Sentyabrin 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Fikrət Qocaya Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Prezident İlham Əliyevin 1 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə verilmiş “Şərəf” ordeninin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Fikrət Qocaya “Şərəf” ordeninin verilməsinin şairin oxucuları tərəfindən böyük sevinc hissi ilə qarşılandığını bildirib.
Elçin Əfəndiyev ölkə başçısının müvafiq Sərəncamını böyük bir mədəniyyət, ədəbiyyat hadisəsi kimi dəyərləndirib.
Xalq yazıçısı deyib: “60 il bundan əvvəl oxucuların qəlbinə yol tapan Fikrət Qoca öz bənzərsiz poetik axtarışları ilə hər zaman insanları düşünməyə, sevməyə, düzlüyə, paklığa səsləyib. Hətta sovet dövründə belə partiyaya xidmət etməyən şair azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemaları ilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə çalışıb. Fikrətin o zamanlar yazdığı, özündə böyük bir siyasi məna daşıyan “Risk”, “Vals” şeirləri hər zaman gənclər tərəfindən çox sevilib. Fikrət Qoca daima xalqın yanında olub, öz millətinə xidmət edib”.
Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnərək hər zaman yeni söz deməyi bacaran şairin yaradıcılığının bütövlükdə ana dilimizə sevgidən yoğrulduğunu söyləyən Elçin Əfəndiyev Xalq Şairi ilə dostluğunun yarım əsri çoxdan adladığını söyləyib. Xalq Yazıçısı Fikrət Qocanın bu illər ərzində öz paklığını və həqiqətsevərliyini qoruyub saxladığını deyib.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şairin çap etdirdiyi şeir kitablarında Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələrin əks olunduğunu bildirib. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olan şairin həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etdiyini, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevaraya (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabrala (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risala (“Xose Risal”), vyetnamlı gənc Li Vi Toma (“Li Vi Tom”) və başqalarına poemalar yazdığını vurğulayıb. 1990-cı illərdə şairin “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər”, “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür” və s. poemaları ilə yanaşı, hətta şeirdən nəsrə keçərək yazdığı, “Ölüm ayrılıq deyil”, “Hələlik, - qiyamətədək” povestlərində 1990-cı il 20 Yanvar hadisələri zamanı, həmçinin Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunduğunu diqqətə çatdırıb.
Ölkə Prezidenti İlham Əliyevin təbriklərini və “Şərəf” ordenini Fikrət Qocaya təqdim edən nazir ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Şairin qələm dostları Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub Fikrət Qocanı təbrik edib, bu yüksək mükafatı bütövlükdə sözə, ədəbiyyata verilən qiymət kimi dəyərləndirərək ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
AYB-in katibi Rəşad Məcid yubilyarın yaradıcılığının dillər əzbəri olduğunu, onun 200-ə yaxın mahnı mətninin müəllifi kimi sevildiyini bildirib və şairin “Risk” şeirini əzbər söyləyib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən şair yaradıcılığına verilən bu böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

