Astarada Dövlət Bayrağı Günü münasibətilə ümumrayon tədbiri keçirilib
07.11.2015 [10:15]
Dünən Astara rayonundakı Dövlət Bayrağı Meydanında 9 noyabr -Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbiri rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev açaraq artıq bir neçə ildir ki, ölkəmizdə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu bildirib.
Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bayıl qəsəbəsində Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təməli qoyulub, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olub.
Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, hündürlüyü isə 162 metrdir. Azərbaycanın dövlət bayrağı dirəyi dünyada ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına salınıb. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onu daha da baxımlı edib.
Diqqətə çatdırılıb ki, rayonda da iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.
Tədbirdə həmçinin rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, rayon mərkəzi kitabxanasının müdiri, YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazov, Astara Pedaqoji Kollecinin dil-ədəbiyyat müəllimi Vüsalə Cavadova və başqaları çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

