Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ilə Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Proqram imzalanıb

Azərbaycan ilə Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Proqram imzalanıb

19.11.2015 [10:06]

Noyabrın 18-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasileva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə ikiillik (2016 və 2017-ci illər) Proqram imzalanıb.
Proqram biomüxtəlifliyi qoruyub saxlamaq və bu sahədə strateji planlar işləyib hazırlamaq üçün qabaqcıl praktiki təcrübə mübadiləsini nəzərdə tutur, müxtəlif sahələri, o cümlədən mühafizə olunan təbiət ərazilərinin idarə olunması, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, habelə ozon qatının, torpaqların, transsərhəd su və havanın çirklənmədən qorunması, tullantıların idarə edilməsi, su ehtiyatlarının qorunması məsələlərini əhatə edir.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30