“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalı fəaliyyətə başlayıb
05.12.2015 [10:51]
Dünya ölkələri çoxlu sayda sosial, iqtisadi, siyasi və etnik münaqişələrlə üzləşirlər. Regional münaqişələr əsrində insanlara bu toqquşmalar barədə obyektiv məlumat verilmir. Bəzi media orqanları reallığı əks etdirməyən, qərəzli informasiyalarla oxucuları çaşdırırlar. “Avrasiya Gündəliyi” insanlar arasında məlumat qıtlığını azaltmaq üçün irəli sürülən bir təşəbbüsdür. Portal münaqişələr və mübahisələr barədə reallığın əsl mənzərəsini dünyaya çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan “Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimat mərasimində səsləndirilib.
Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və media rəhbərlərinin iştirak etdikləri tədbirdə çıxış edən portalın baş redaktoru Malik Ayub Sumbai bildirib ki, bu layihəyə bir çox ölkələrdən dəstək var: “Məqsədimiz, dürüst və obyektiv məlumatların cəmiyyətə çatdırılmasıdır. Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alıb. Komandanın 20 üzvü dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Biz bu gündən fəaliyyətə başlayan portalımızda münaqişələr barədə məlumatları yumşaq və insanları qıcıqlandırmayan şəkildə ictimaiyyətə çatdıracağıq”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, bu gün Azərbaycanda elektron media daha çox üstünlük təşkil edir: “Dünya mediasında Azərbaycanla bağlı informasiyaların bəzən qərəzli və siyasi maraqlara xidmət etdiyi aydın görünür. Bu baxımdan ümid edirik ki, bu layihə vasitəsilə vahid informasiya məkanı yaranacaq və obyektivlik təmin olunacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu portal vasitəsilə düzgün məlumatlar əldə edəcəklər. İnkişaf etmiş ölkələrdə informasiyalar daha çox internet üzərindən yayılır. Bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas məsələ informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycan medianın inkişafı sahəsində dünyada qabaqcıl yerlərdən birini tutur. Prezident İlham Əliyev söz və mətbuat azadlığına böyük önəm verir və ölkədə bu dəyərlərin qorunmasını təmin edib. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün “Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyəti böyükdür”.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərinin fəaliyyəti çox vacibdir. Bu informasiya agentlikləri yaydıqları məlumatlarla xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan “Avrasiya Gündəliyi” informasiya portalı da dünyada Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edəcək.
Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BAMF-ın sədri, portalın təsisçisi Umud Mirzəyev diqqətə çatdırıb ki, bu sayt ümumilikdə qlobal, xüsusən isə regional münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində fikirlərin formalaşdırılması məqsədilə fəaliyyət göstərəcək: “Biz bu yola 1992-ci ildən çıxdıq. O vaxt Sovet İttifaqının dağılması onun müxtəlif guşələrində qanlı münaqişələrlə müşayiət olunurdu. Belə münaqişə ocaqlarından biri də Qarabağda alovlandı. Həmin ərəfədə müxtəlif bölgələrdən olan jurnalistləri münaqişə bölgəsinə aparmaqla mövcud informasiya blokadasından çıxmağa çalışırdıq.
Bu gün də dünyamızda baş verən prosesləri ictimaiyyətə doğru-dürüst təqdim etmək kimi ağır bir məsuliyyəti öz üzərimizə götürməyə qərar verdik. “Avrasiya Gündəliyi” Avrasiya və ona yaxın olan ərazilərdə, postsovet məkanında baş verən hadisələrin, münaqişələrin, dünyada narahatlıq doğuran hadisələrin, gündəmdə olan problemlərin müzakirə müstəvisidir. Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq”.
Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami və Pakistanın səfiri Xalid Usman Qayser çıxışlarında belə bir mühüm portalın fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

