Nardaranlı məktəblilər Multikulturalizm Mərkəzində olublar
30.01.2016 [10:31]
Yanvarın 29-da Nardaran məktəbliləri və ziyalıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev indiyədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müxtəlif etnik qrupların nümayəndələrinin, fərqli dinlərin daşıyıcılarının qonaq olduqlarını bildirərək deyib: “Onlar hamısı Azərbaycanda olanda burada aparılan quruculuq işlərinə heyranlıqlarını bildiriblər. O qonaqlardan bəziləri əvvəllər də Azərbaycanda olduqlarından müqayisə etmək imkanları var. Bütün bunlar xalqımızın canında-qanında olan yaratmaq həvəsi və Prezident İlham Əliyevin bu yaratmaq prosesinə rəvac verməsi nəticəsində mümkün olur”.
Azərbaycan ədəbiyyatında multikultural dəyərlərin öz ifadəsini tapdığını qeyd edən dövlət müşaviri deyib: “Nizamidən başlayaraq Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənib. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib və sevir. Eyni zamanda, bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı digər mədəniyyətlərdə, dillərdə, tarixlərdə müsbət dəyərlər axtarıb tapan bir xalq kimi öz əvəzsiz mənəvi-əxlaqi töhfəsini ümumbəşəri dəyərlər xəzinəsinə səxavətlə daxil edir. Hüseyn Cavid “Qız məktəbində” şeirində Gülbahar adlı balaca bir qızcığazın dili ilə “Anam, babam, müəlliməm, bir də bütün insanlar” deyərək dünyanın bütün insanlarını sevdirirdi. Mən hesab edirəm ki, Gülbaharın sonda dediyi bu sözlər ümumilikdə bizim xalqımızın daxili simasını üzə çıxaran sözlərdir. Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər”.
Kamal Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar görüləcək işlərdən, Azərbaycandakı tolerant və multikultural mühitdən, Nardaranda Bilik Evinin açılacağından, “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Nardaran məktəblilərinin iştirakından söz açıb.
Nardaran məktəbliləri görüşdə bədii-musiqili kompozisiya təqdim ediblər.
Məktəblilər və ziyalılar görüşlə bağlı təəssüratlarını bölüşərək dövlət qurumlarında belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Belə görüşlərin qarşılıqlı şəkildə öyrənmək baxımından çox vacib olduğunu vurğulayan Kamal Abdullayev deyib: “Belə görüşlərdə hər dəfə əmin oluram ki, Azərbaycanda işıqlı gənclər yetişir. İnanıram ki, belə tədbirlər ölkəmizin gözəl guşələrindən olan Nardaran kimi bölgələrimizdə Azərbaycan naminə mənəviyyatımızın, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın inkişafına öz töhfəsini verəcək. Bu tədbirlər, görüşlər birdəfəlik xarakter daşımır. Bu görüş ilə bir növ gələcək tədbirlərə lağım atdıq. Belə tədbirlər həm Nardaranda davam edəcək, həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində vaxtaşırı görüşlər təşkil olunacaq, həm də biz nardaranlı şagirdləri Azərbaycanın müxtəlif bölgələrinə dəvət edəcəyik. Güman edirəm ki, hər dəfə də Azərbaycan naminə faydalı işlərə başlayacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

