Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Məşvərət Şurası yaradıldı
27.02.2016 [11:38]
Fevralın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Məşvərət Şurasının yaradılması ilə bağlı tədbir keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı direktoru Azad Məmmədov Mərkəzin fəaliyyətinin genişləndiyini vurğulayıb, qurumun nizamnaməsinə uyğun olaraq Məşvərət Şurasının yaradılmasının vacibliyindən danışıb. O, rəhbəri olduğu qurum adından Məşvərət Şurasının sədrliyinə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin namizədliyini irəli sürüb. Dövlət müşaviri səsvermə nəticəsində yekdilliklə sədr seçilib.
Akademik Kamal Abdullayev çıxışına Xocalı şəhidlərinin xatirəsini yad etməklə başlayıb: “Əslində Xocalı faciəsi həmişə xatirimizdədir, heç unudulan bir tarix deyil. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi həm siyasi, həm ideoloji işlər təqdirəlayiqdir. Bu gün Prezident İlham Əliyev “Xocalı harayı” abidəsinin ziyarət edib və əlbəttə ki, onun bu hadisələrə siyasi münasibəti son dərəcə önəmlidir. Harada, hansı ölkədə olmasından asılı olmayaraq dövlətimizin başçısı Azərbaycan xalqının başına gətirilən müsibətlə bağlı öz sözünü deyir və artıq dünyada bir çox ölkələr də Xocalı faciəsini azərbaycanlıların soyqırımı kimi qəbul edirlər. Bunun böyük siyasi önəmi var”.
Dövlət müşaviri bildirib ki, BBMM-in nizamnaməsində öz əksini tapan məsələlər addım-addım həyata keçirilir: “Nizamnamədə yaradılması nəzərdə tutulan Məşvərət Şurası bizim müstəvidə daha çox ideyaverici bir orqan kimi icraedici orqan olan Multikulturalizm Mərkəzinin fəaliyyətini tənzimləyən bir qurumdur. Bu, faktiki olaraq, elmi, dini, mədəni ictimaiyyətin müxtəlif təbəqələrinin bizim işlərimizdə aktiv iştirak etməsi və əslində multikulturalizm ideyalarının bu şəkildə ictimai prosesin nəticəsi kimi həyata keçirilməsidir. Faktiki olaraq Məşvərət Şurasının yaranması ilə Multikulturalizm Mərkəzinin fəaliyyəti bir-birini tamamlamaq məqsədi güdür. Mənə elə gəlir ki, Multikulturalizm Mərkəzi faktiki olaraq Məşvərət Şurasının irəli sürdüyü layihələri, ideyaları həyata keçirmək, onların reallaşdırılması ilə məşğul olacaq. Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan eləməklə Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə mesaj vermiş oldu. Bu da azərbaycanlıların tarixən və bu gün də hansı ideallarla yaşadığına işarə idi. Biz öz sülhsevər təbiətimizi, mənəvi-əxlaqi keyfiyyətlərimizi “Multikulturalizm ili” fonunda daha aydın, daha real, daha faydalı və daha optimal şəkildə çatdıra bilərik. Qarşımızda ciddi məsələlər durur. “Multikulturalizm ili” bu il üçün elan olunsa da, bu il yekunlaşmır. Azərbaycan Prezidenti həmişə hədəfləri elə göstərir ki, o hədəf bir il müddətində temp yığır, güclü potensial müəyyənləşdirir. Bununla da sonralar daha yaxşı, daha aydın və müntəzəm şəkildə inkişaf üçün ciddi bir zəmin hazırlanmış olur. Dövlətimizin başçısının arzusu da, məramı da ondan ibarətdir ki, bu gün siyasi iradə ilə “Multikulturalizm ili” şəklində ortalığa çıxan və bir ili əhatə edən fəaliyyətimiz bu il elə bir güc, potensial yığsın və elə bir mexanizm yaransın ki, o mexanizm gələcək onillərdə də faydalı bir iş prinsipinə çevrilsin”.
Tədbirdə Məşvərət Şurasının komissiyaları müəyyənləşib, sonra səsvermə yolu ilə komissiya sədrləri seçilib, sədr müavinləri, eləcə də komissiya üzvləri müəyyənləşib.
Səsvermənin nəticələrinə əsasən AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov elm komissiyası, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev təhsil komissiyası, tanınmış jurnalist Tofiq Abbasov KİV və ictimaiyyətlə əlaqə komissiyası, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mədəni-ictimai fəaliyyət komissiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini məsələlər üzrə komissiya və tarix elmləri doktoru Məryəm Seyidbəyli xarici əlaqələr komissiyasının sədri seçilib. Məşvərət Şurasının ümumi məsul katibi BBMM-in əməkdaşı Rəşad İlyasov təyin edilib.
Tanınmış tarixçi, ilahiyyatçı, kimyaçı alimlərdən, görkəmli elm, mədəniyyət xadimləri və ziyalılardan ibarət komissiya sədrləri və nümayəndələrinin də çıxışlarında qeyd edildiyi kimi, yeni yaranmış Məşvərət Şurası Azərbaycan multikulturalizmi ideyalarının ölkəmizdə və dünyada təbliği, təşviqi istiqamətində cəmiyyət-dövlət qarşılıqlı əlaqəsinin inkişafına öz layiqli töhfələrini verəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

