Tərtərdə soyqırımı qurbanlarının xatirəsi anılıb
01.04.2016 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon mərasimi keçirilib. Mərasim iştirakçıları öncə rayon məktəblilərinin mart soyqırımına həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxıblar. Sonra “Şəhidlər” abidəsi önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin baçısı Müstəqim Məmmədov ermənilər tərəfindən xalqımıza qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib. Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı torpaqlarından didərgin salıblar.
Ermənilərin azərbaycanlılara qarşı yönəlmiş bu məkrli siyasəti Sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər Ermənistana verilib, 1948-53-cü illərdə azərbaycanlılar öz dədə-baba torpaqlarından deportasiya olunublar. Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti qətliamlar və işğal nəticəsində minlərlə azərbaycanlı öldürülüb, bir milyondan çox soydaşımız doğma torpaqlarından didərgin düşüb, ərazilərimizin 20 faizi işğal edilib.
O da diqqətə çatdırılıb ki, ermənilərin törətdikləri qanlı cinayətlər ancaq Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra həqiqi qiymətini alıb. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub.
Tədbirdə Qarabağ müharibəsi veteranı, Tərtər özünümüdafiə batalyonunun keçmiş komandiri Pənah Məmmədov, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva və başqaları çıxış edərək, ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

