“Regional İnkişaf” İctimai Birliyi İsmayıllıda turizm bələdçiləri üçün təlim kursu təşkil edib
14.04.2016 [10:02]
Heydər Əliyev Fondu tərəfindən təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə aprelin 4-dən 10-dək İsmayıllıda “Turizm bələdçisinin texniki peşə biliklərinin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən keçirilən təlim İctimai Birliyə İsmayıllı rayonundan daxil olmuş müraciətlər əsasında və həmin rayonun respublikanın əsas turizm bölgələrindən biri olduğu nəzərə alınaraq, turizmin inkişafına dəstək məqsədilə təşkil edilib. Təlimdə İsmayıllı rayonunda turizm və mədəniyyət sahəsində çalışan 16 nəfərlik qrup iştirak edib.
İştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər, rayonda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması, bədən dili, turizm qanunvericiliyi və digər məsələlər ətraflı öyrədilib.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərinin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Turizm bələdçilərinin attestasiyası” və dünya bələdçi beynəlxalq təlimlərinin proqramları əsasında hazırladıqları təlim prosesində turizm üçün maraqlı, tarixi abidə və xalq sənəti ənənələri ilə zəngin olan Lahıc və Basqal kəndlərinə tematik turlar da təşkil olunub.
Burada iştirakçıların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya keçirilib. Həmçinin gələcək bələdçilər İsmayıllı rayonunda turizmin inkişafı ilə bağlı təkliflərini hazırlayaraq təqdim ediblər.
RİİB tərəfindən təşkil olunan kursu bitirənlərə sertifikatlar təqdim olunub. Təlimdə fərqlənən və attestasiyadan keçən 5 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında əlaqələrin qurulması, informasiya axınının təmin olunması, sahibkarlığın və turizmin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması, onların davamlı inkişafının təmin edilməsi, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək verilməsi və digər istiqamətlərdə fəaliyyət göstərir.
RİİB-in İsmayıllıda turizm sahəsində təşkil etdiyi təlim kursunun digər turizm bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

