/ / AZƏRTAC və Qərb Universiteti nəzdində məktəb Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqəyə yekun vurublar
AZƏRTAC və Qərb Universiteti nəzdində məktəb Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqəyə yekun vurublar
22.04.2016 [10:06]
Məlum olduğu kimi, aprelin 22-də bütün dünyada Beynəlxalq Yer Kürəsi Günü qeyd olunur. Bu günü planetimizdə həyat üçün zəruri olan təmiz su, torpaq və hava bayramı da adlandırmaq olar. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də bu bayramdan kənarda qalmayıb. O, Qərb Universiteti nəzdində tam orta məktəb ilə birlikdə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə təşkil edib.
Aprelin 21-də müsabiqəyə yekun vurulub. Aşağı və yuxarı sinif şagirdləri münsiflər heyətinə 50-dən çox iş, o cümlədən ekologiya, bitki və heyvanlara qayğıkeş münasibət, ətraf mühitin mühafizəsi mövzusunda rəsmlər və əl işləri təqdim ediblər.
Qərb Universiteti nəzdində məktəbin rəhbərliyindən və AZƏRTAC-ın Uşaq Portalının əməkdaşlarından ibarət münsiflər heyəti altı qalibi müəyyən edib.
Dördüncü sinif şagirdi Cəlal Məmmədov orijinal ideyaya və işini bacarıqla yerinə yetirdiyinə görə birinci yerə layiq görülüb: o, Yerin Qırmızı kitab formasında xəritəsini hazırlayıb, nəsli kəsilməkdə olan heyvan növlərinin gildən hazırlanmış fiqurlarını ora sancıb. İkinci yeri dördüncü sinif şagirdi Fərəh Əmrahova, üçüncü yeri ikinci sinif şagirdi Aytən Əliyeva tutublar. Fərəh Əmrahova hazırladığı əlvan Yer kürəsini kağız güllər və göyərçinlərlə bəzəyib. Aytən Əliyevanın ortadan bölünən və içərisində bütün flora və fauna aləmi yerləşdirilən qlobusu qeyri-adiliyi ilə hamını heyrətləndirib.
Züleyxa Bədəlova (7-ci sinif), Kiyani Murad (4-cü sinif), Diana Tyurina (3-cü sinif) müvafiq olaraq 4-cü, 5-ci və 6-cı yerləri tutublar. Diana Tyurinanın əl işi yaddaqalan olub. O, kartondan və parlaq rəngli kağızlardan ağac və çiçəklərlə haşiyələnmiş Şəhər-bağ hazırlayıb.
AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi adından müsabiqənin qalib və iştirakçılarına diplomlar, fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir müxtəlif siniflərin şagirdlərinin çıxışları ilə yadda qalıb. Onların ifasında Yer Kürəsi Gününə həsr olunmuş şeir və mahnılar səslənib, təbiət haqqında təqdimatlar olub.
AZƏRTAC-ın Uşaq Portalının rəhbəri Nigar Hüseynova müsabiqəyə təqdim etdikləri işlərə görə uşaqlara, habelə məktəbin rəhbərliyinə, müsabiqə iştirakçılarının müəllimlərinə və valideynlərinə təşəkkür edib.
Məktəbin direktoru Liana Bağırova tədbir iştirakçılarına ekspozisiya haqqında danışaraq, təbiətin mühafizəsində hər bir insanın rolunu vurğulayıb. O, həmçinin müsabiqənin keçirilməsinə dəstək göstərdiyinə görə AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsinə təşəkkür edib.
Beynəlxalq Yer Kürəsi Gününün tarixi ABŞ sakini Con Mortonun adı ilə bağlıdır. Con Sterlinq Morton XIX əsrin sonunda Nebraska ştatının preriya ərazisinə köçüb. O vaxtlar bu yerlərdə evlər tikmək üçün onsuz da tək-tük olan ağaclar kəsilirdi. Morton yaşıllaşdırmaya həsr olunmuş gün təşkil etməyi və daha çox ağac əkənlər üçün mükafat təsis olunmasını təklif edib. Həmin günü Ağac Günü adlandırıblar. 1882-ci ildə Nevraska ştatı Ağac Gününü rəsmi bayram elan edib. Mortonun doğum günündə - aprelin 20-də qeyd edilən bu bayram sonralar “Yer Kürəsi Günü” adlandırılıb.
Beynəlxalq Yer Kürəsi Günü bəşəriyyətin diqqətini Yerin ekoloji sisteminin kövrəkliyinə cəlb etmək və insanları ümumi evimiz olan Yer planetinə münasibətdə daha diqqətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Ənənəyə görə, həmin gün planetimizin bütün sakinləri həyət və küçələrin abadlaşdırılmasında və yaşıllaşdırılmasında iştirak edir, müxtəlif ekoloji aksiya və tədbirləri dəstəkləyirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

