Türk Dünyası Bakı İşlətmə Fakültəsində və Bakı Atatürk Liseyində məzun günü
08.06.2016 [09:55]
Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə Fakültəsində və Bakı Atatürk Liseyində məzun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dünyası İşlətmə Fakültəsi tələbələrinin məzun günündə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fakültənin dekanı Ferrux Tuzcuoğlu əldə edilən uğurlardan danışıb. O qeyd edib ki, bizim yüksək biliyə və təcrübəyə malik pedaqoji kadrlarımız var. Bu heyət sayəsində biz bu gün savadlı, təcrübəli məzunlar yola salırıq.
Sonra TDAV rəhbəri Közhan Yazqan, Milli Məclisin deputatı Qənirə Paşayeva və türk iş adamları çıxış edərək məzunları təbrik edib, onlara uğurlu karyera arzulayıblar.
Bakı Atatürk Liseyinin 11-ci sinif şagirdlərinin Gənc Tamaşaçılar Teatrında keçirilən məzun günü isə Türk dünyasının öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Çıxış edən TDAV rəhbəri Közhan Yazqan, liseyin müdiri Ali Devrim və başqaları məzunları təbrik edib, onlara Türk dünyasının birlik və bərabərliyi, inkişafı istiqamətində yorulmaz və uğurlu fəaliyyət arzulayıblar.
Sonra Bakı Atatürk Liseyinə verdikləri dəstəyə görə TİKA Bakı təmsilçisi Mustafa Haşim Polata, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinova, həmçinin liseyin bir qrup jurnalist-valideyninə TDAV tərəfindən təşəkkürnamə təqdim edilib.
Mərasim məzunların hazırladıqları bədii proqram, liseyin 8-ci sinif şagirdi, bir sıra beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədlinin pianoda ifa etdiyi musiqi və Türkiyənin Dövlət Sənətçisi Bünyamin Aksungurun gözəl ifaları ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

