Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Könüllülük Xidmətinin Yay məktəbinə qeydiyyat başlanıb

Azərbaycan Könüllülük Xidmətinin Yay məktəbinə qeydiyyat başlanıb

23.06.2016 [10:03]

11-14 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbində iştirak üçün qeydiyyata start verilib. Yay məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə təşkil olunur.
Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilir.
Yay məktəbi zamanı dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi, könüllülüyün gələcək perspektivləri və gözləntilər, gənclər təşkilatlarına, irimiqyaslı dövlət tədbirlərinə könüllülərin cəlbi və onların rolu, beynəlxalq mühitdə könüllülük təcrübəsi mövzuları ətrafında müzakirələr aparılacaq. Daha sonra Yay məktəbi çərçivəsində iştirakçılara “könüllülük nədir?”, “könüllülərin cəlb olunması və idarə olunması”, “könüllülük sahəsində yerli və beynəlxalq sahədə təcrübə” mövzuları haqqında ətraflı məlumat veriləcək, seminarlar və təlimlər təşkil olunacaq. Təlimlər çərçivəsində həmçinin qeyd olunan mövzularla bağlı qrup işləri təşkil olunacaq.
İştirak hüququ qazanan gənclər Yay məktəbi zamanı təlim-tədbir proqramından əlavə olaraq mədəni-idman proqramında da iştirak etmək şansı qazanacaqlar. Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mədəni-idman proqramı çərçivəsində intellektual oyunlar, əyləncə proqramları, müsabiqələr və həmçinin iştirakçılar arasında şəhərin tarixi, mədəniyyəti, incəsənəti, təbliği və onların məlumatlılığının artırılması məqsədilə tur təşkil olunacaq. Yay məktəbinin sonunda iştirakçılar xüsusi şəhadətnamələrlə təltif olunacaqlar.
Qeyd edək ki, 4 gün davam edəcək AKX Yay məktəbində 60 gənc iştirak etmək şansı qazanacaq. Gənclər təşkilatlarının nümayəndələri Yay məktəbində iştirak etmək üçün 30 iyun 18:00-a qədər akx.nayora.az səhifəsinə daxil olmaqla müraciət formasını doldura bilərlər.

Paylaş:
Baxılıb: 698 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30