Tərtərdə bu il ali məktəblərə qəbul olmuş rayon gəncləri ilə görüş keçirilib
01.09.2016 [09:43]
Tərtər rayon Mədəniyyət Mərkəzində bu il ali məktəblərə qəbul olmuş rayon gəncləri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tələbə adını qazanmış gəncləri təbrik edərək bildirib ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Onun sözlərinə görə, bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 669 nəfər məzundan 350-si ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 7-si 600-dən, 19-u isə 500-dən çox bal toplayıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev, Ağalar Vəliyev tədbirdə çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar. Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar diləyərək, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə ediblər.
Öz növbəsində, məzunlar və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər.
Tədbirin sonunda imtahanlarda 500-dən çox bal toplayan tələbələrə fəxri fərman, hədiyyə və pul mükafatı verilib.
Nadir
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

