Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərimizin üzərinə böyük məsuliyyət düşür
24.09.2016 [10:32]
Sentyabrın 23-də “ADA” Universitetinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Azərbaycan-Türkiyə gənclər forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi 25 il ərzində sürətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinə, mühüm tarixi hadisələrə nəzər salmaq, ölkələrimizin strateji tərəfdaşlığını daha da gücləndirmək, yeni imkanlardan istifadə etmək, ümumi çağırışlara cavab yollarını birgə araşdırmaqdır.
Forumda çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev 25 illik tarixi mərhələdə yetişən gənclərin uğurla qət edilən müstəqillik yolunun bəhrəsini gördüklərini deyib. Vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı öz növbəsində gənclərin daha keyfiyyətli təhsil almaları, müxtəlif ixtisasların sirlərinə dərindən yiyələnmələri və ölkəmizin parlaq gələcəyi naminə uğurla fəaliyyət göstərmələri üçün səylə çalışır.
Azərbaycan ilə Türkiyə arasında dostluğa, qardaşlığa əsaslanan, çoxtərəfli və sürətlə genişlənən münasibətlərə toxunan rektor iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu bildirib. Qeyd edilib ki, “ADA” Universitetinin həyata keçirdiyi mübadilə proqramlarında iştirak edən Türkiyənin təhsil ocaqlarının sayının artırılması əhəmiyyətlidir.
Qardaş ölkələrimiz arasında münasibətlərin inkişaf tarixindən danışan Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun bu əlaqələrin möhkəm təməl üzərində qurulduğunu söyləyib. O, ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu, xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamını xatırladan diplomat deyib: “Münasibətlərimizin bundan sonra da inkişaf etdirilməsində gənclərimizin üzərinə böyük məsuliyyət düşür”.
Ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edən İsmail Alper Coşkun ötən müddətdə Azərbaycanın gündən-günə dinamik inkişafının, sürətli müsbət dəyişikliklərin şahidi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr bu ölkənin dünyada mövqeyinin möhkəmlənməsinə, güclü tərəfdaş kimi seçilməsinə yol açır.
Sonra panel iclaslarla işini davam etdirən forumda ölkələrimizin qardaşlıq münasibətlərinin inkişafına xidmət edən təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı təkliflər səsləndirilib, müvafiq mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

