Şahid: İğtişaşçılar taxta, dəmir və daşla bizə hücum etdilər
08.10.2016 [10:09]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Abbas Hüseynov hakimdən xahiş edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) sorğu verib, onların həbs olunmalarının səbəbini öyrənsin. Hakim isə buna səlahiyyətlərinin olmadığını deyib.
Daha sonra iclasda zərərçəkmiş qismində BMCMİ-nin əməkdaşı Həmzə Zahidov ifadə verib. O, əməliyyat zamanı Ramin Yarıyevi zərərsizləşdirdiyini, onun əlində bıçaq olduğunu, üzərindən qumbara çıxdığını deyib.
O, hadisə zamanı mənəvi zərər çəkdiyini, R.Yarıyevin ona xəsarət yetirmədiyini də bildirib.
Zərər çəkmiş şəxs qismində tanınmış Həmzə Bağdad oğlu Zahidov iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə Taleh Bağırov və tərəfdarları barəsində daxil olmuş məlumat əsasında Bünyətov Əbülfəz Heybət oğluna məxsus Nardaranda yerləşən fərdi yaşayış evində əməliyyat tədbiri keçiriblər. Əməliyyat zamanı o, evdə əllərində qumbara, bıçaq, xəncər, odlu silahlar və s. olan şəxsləri görüb. O, əlində bıçaq olan şəxsi zərərsizləşdirib. Həmin şəxsin kimliyi müəyyənləşdirilərkən Yariyev Ramin Məhərrəm oğlu olması müəyyən edilib. Baxış keçirilərkən R. Yariyevin alın, burun, yanaq və dodaq nahiyələrində qançır və sıyrıq xəsarətlərinin olması aşkar edilib. Onun əynində olan şalvarın arxa sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əlində bir ədəd bıçaq, əynindəki şalvarın sağ yan cibindən Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb. Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.
Vəkillər ondan hansı xəsarət alması, nə üçün zərərçəkən kimi tanınması haqında soruşublar. O, silahlı müqavimətlə üzləşdiyini, mənəvi zərər çəkdiyini deyib.
Daha sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elmir Ələsgərov ifadə verib.
O deyib ki, noyabrın 5-də polis idarəsinin qarşısına bir qrup şəxsin toplaşması barədə onlara məlumat daxil olub. Həmin zaman o, stadionda olub. İdarənin qarşısına gələndə bir qrup şəxsin Elçin Qasımovun azadlığa buraxılmasını tələb etdiyini görüb: “Biz onlardan ictimai asayişi pozmamağı tələb etdik. Onlar isə bizə tabe olmadılar. Taxta, dəmir və daşla bizə hücum etdilər. Nəticədə bir neçə polis əməkdaşı xəsarət aldı. Mənim isə əl qandalım kütlənin arasında itdi”.
O, təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, şikayət və tələbinin olmadığını deyib.
Elmir Ələsgərov iş üzrə istintaq zamanı verdiyi ifadəsində isə 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itirildiyini, 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə onlara atılan daş, dəmir parçalarının dəyməsi nəticəsində çatladığını göstərib.
Prosesdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Xəqani Davudov da ifadə verib. O, noyabrın 5-də polis idarəsinin qarşısında baş verən hadisə zamanı xəsarət almadığını, kaskasının şüşəsinin sındığını deyib. Təqsirləndirilən şəxsləri tanımadığını deyən şahid onlara qarşı şikayət və tələbinin olmadığını söyləyib.
Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Davudov Xaqani İlyas oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 05 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itirildiyini, 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə onlara atılan daş, dəmir parçaları dəyməsi nəticəsində çatladığını göstərib.
İclasda ifadə verən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Yunis Məmmədov da oxşar ifadə verərək göstərib ki, hər hansı şikayəti yoxdur.
Zərərçəkmiş şəxs, Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Məmmədov Yunis Tağı oğlu iş üzrə ibtidai istintaqa ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 2 ədəd əl qandalı, 1 ədəd qaz balonu və 1 ədəd rezin dəyənəyinin itdiyini, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə çatladığını göstərib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Şahin Abdullayev isə prosesdə verdiyi ifadəsində noyabrın 5-də polis idarəsinin qarşısında baş vermiş hadisə zamanı dizindən xəsarət aldığını deyib. Təqsirləndirilən Bəhruz Əsgərov isə şahidi tanıdığını, idarədə onlarla yaxşı rəftar etdiyini deyib.
İşdə zərərçəkmiş kimi tanınan, Sabunçu RPİ-nin 12-ci PB-nin CA üzrə kiçik inspektoru Abdullayev Şahid Vahid oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin içindən atılan daşlarin ona dəyməsi nəticəsində ayağından xəsarət aldığını, kütləni qızışdıran “Ağaəli” adlı şəxsi tanıdğını göstərib.
Sabunçu Rayon Polis İdarəsinin daha bir əməkdaşı Xətai Məmmədov da oxşar məzmunlu ifadə verərək dəyənəyinin itdiyini bildirib.
Zərərçəkmiş şəxs, Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri Məmmədov Xətai Nazim oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin arasında qalan zaman 1 ədəd əl qandalı və 1 ədəd rezin dəyənəyinin itdiyini, onlara atılan daş və dəmir parçalarının dəyməsi nəticəsində 1 ədəd gözlüklü dəbilqə və 1 ədəd qoruyucu qalxanının isə çatladığını göstərib.
Daha sonra iclasda hakim Əlövsət Abbasov Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinə etdikləri sorğulara cavab gəldiiyni deyib. Qeyd edib ki, sorğuya cavab olaraq bildirilir ki, idarənin həyətində müşahidə kameraları yoxdur. Təqsirləndirilən şəxslər saxlanılan zaman əyinlərində olan paltarlar isə Baş Prokurorluğun Ağır Cinayatlərə dair işlər üzrə İdarəsinə verilib. Həmin paltarları oradan almaları xahiş olunur.
Proses oktyabrın 11-də davam edəcək.
Qeyd edək ki, Abbas Hüseynovun bir neçə gün əvvəl saxlanılan qardaşları sərbəst buraxılıblar.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, Məlik, Elçin və Hüseynağa Abbasovlar bu gün (oktyabrın 7-də - red.) azadlığa çıxıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

