Salomeya Lukaite: Azərbaycan xalqının ruhuna yenidən aşiq oldum
21.10.2016 [09:57]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən birliyin həmtəsisçisi Salomeya Lukaitenin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə təsis edilib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, habelə həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilini və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.
Salomeya Lukaite: “Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı öyrəndiyim məlumatlar Azərbaycanın tarixi, mədəniyyəti və insanları haqqında ilk bilgilər idi. III Beynəlxalq multikulturalizm məktəbi ərzində nəzəriyyə şəklində öyrəndiklərimi əyani şəkildə yaşamaq şansım oldu. Bu müddət ərzində həm də öyrəndim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı il bu ölkədə “Multikulturalizm ili” elan olunub. Hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda cənab Prezidentin bu cəsarətli addımı alqışalayiqdir. Mən yay məktəbinin davam etdiyi müddətdə multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə yanaşı, çoxəsrlik həyat tərzi olduğunu da öz gözlərimlə gördüm.
Şəkiyə və Lahıca səfərlərimiz unudulmaz idi. Orada həyat qədim və canlı idi, olduğu kimi. Mən orada tarixi hiss edə bilirdim, sanki tarix bizimlə birgə nəfəs alırdı.
Yay məktəbi zamanı “Mədəniyyətlər axşamı”nda müxtəlif ölkələrin mədəniyyətləri, adət-ənənələri ilə tanış olmaq imkanım yarandı. Ölkənizin səfalı guşələrindən olan Qəbələdə ərəb, rus, bolqar, türk, Azərbaycan musiqilərinin sədaları altında müxtəlif ölkələrdən gələn gənclərin qol-qola, əl-ələ rəqsləri unikal Azərbaycan multikulturalizminin parlaq tablosu kimi yaddaşıma həkk olunub. Azərbaycanla bağlı ilk təcrübəmi ailəm və dostlarımla bölüşəndə onlar da bu ölkəyə səfər etmək arzularını dilə gətirdilər.
Məhz bütün bu zəngin təəssüratların nəticəsi idi ki, hələ yay məktəbindəykən Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulislə birgə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini təsis etmək ideyamız yarandı. Bu fikrimiz yay məktəbinin digər iştirakçıları tərəfindən də təqdirlə qarşılandı. Birliyin həmsədrlərindən biri kimi düşünürəm ki, “Azərbaycanın Gənc Dostları Klubu”nun əhatə dairəsini genişləndirmək üçün dünyanın müxtəlif yerlərində təqdimatların sayını artırmaq lazımdır. Mən bu barədə öz ölkəmdə müxtəlif tədbirlər, məlumatverici görüşlər təşkil etməyi planlaşdırıram. İlk belə görüş sentyabr ayında baş tutub. Litva Pedaqoji Universitetində həmkarlarım ilə birlikdə Azərbaycan multikulturalizmi ilə bağlı “dəyirmi masa” formasında müzakirələr apardıq. Mən Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri ilə bağlı təəssüratlarımı bölüşdüm, eyniadlı fənnin tədrisinin Litva Pedaqoji Universitetində davam etdirilməsinin vacibliyini vurğuladım, həmkarlarımı maraqlandıran sualları cavablandırdım.
Bu günlərdə Litva Pedaqoji Universitetində daha bir önəmli tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil etdiyimiz bayram toplantısı oldu. Universitetdə Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri, həmkarlarım və Azərbaycansevərlərlə görüş yaddaqalan idi. Burada biz sevdiyimiz bu ölkənin 25 il ərzində keçdiyi şərəfli ömür yolunu vərəqlədik. Azərbaycanın 25 il ərzində istiqlal yolunda qarşılaşdığı çətinlikləri aşaraq tərəqqi və inkişafın zirvəsinə inamla addımladığı ilə bağlı çıxışlarda mənə məlum olmayan yeni faktlarla tanış olduqca bu ölkəni bir daha sevdim, Azərbaycan xalqının ruhuna yenidən aşiq oldum.
Qeyd edim ki, birliyin fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları Klubu”na üzv olmaq üçün müraciət ediblər. “Azərbaycanın Gənc Dostları”nın yaxın gələcəkdə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplara çevriləcəyinə inanıram”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

