“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib
22.10.2016 [00:38]
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Şuşa qrantı” müsabiqəsi çərçivəsində nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, respublikamızın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Bayram Səfərov bildirib ki, təqdim olunan nəşr Azərbaycanın tarixini, mədəniyyətini özününküləşdirməyə çalışan erməni saxtakarlıqlarına tutarlı cavabdır. Haqqında məlumat verilən qədim geyimlər, qadın zinət əşyaları xalqımızın qədim tarixə malik olduğunu sübut edir. Ermənilər son iki əsrdə Azərbaycan xalqının mili-mənəvi dəyərlərini, mədəni-məişət nümunələrini öz adlarına çıxmağa cəhd göstərirlər. Bu cəhdlərin qarşısını almaq hər bir azərbaycanlının üzərinə düşən vacib vəzifədir. Xarici ölkələrə yolu düşənlər belə kitabları özləri ilə aparmalı, tarixi həqiqətləri dünyaya çatdırmalıdırlar. Bu baxımdan “Qarabağ geyimləri” kitab-kataloqunun əhəmiyyətini vurğulayan B.Səfərov erməni işğalı altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində azad olunacağına inamını ifadə edib.
EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun qarşısına qoyulan vəzifələri xatırladıb, ötən yeddi ildə keçirdiyi qrant müsabiqələrinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün ən ümdə vəzifə ölkədə elmin inkişafına nail olmaq, Azərbaycan elmini yüksək səviyyəyə çatdırmaqdır. Elə etməliyik ki, elmi nailiyyətlərin istifadəçisindən onların müəllifinə çevrilək və Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın regionun elm mərkəzi olması işinə öz töhfəmizi verək.
“Bu gün iqtisadi durumun mürəkkəb dövründə belə Azərbaycan qloballaşan dünyanın bir hissəsi olmağa çalışır. Amma bizi buna məcbur etmək olmaz, bizim öz yolumuz, öz modelimiz var. Fondumuzun fəaliyyəti də məhz bu istiqamətdə, Vətən və dövlət maraqları üzərində qurulub. 2012-ci ildə “Şuşa qrantı” müsabiqəsini təsis etmişik. Bu silsilədən üç müsabiqə keçirilib və bu gün təqdim olunan “Qarabağ geyimləri” kitab-kataloqu həmin müsabiqənin layihələrindən birinin nəticəsidir”, - deyə E.Babayev vurğulayıb. İcraçı direktor kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, müəllifləri təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ağaəli Əhmədov təqdimatı keçirilən kitab-kataloqu tariximizə bir baxış adlandıraraq bildirib ki, belə nəşrlərin sayı artırılmalı, onlarda Qarabağın tarixi, mədəniyyəti öz geniş əksini tapmalıdır. Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasının vacibliyini vurğulayan A.Əhmədov bu sahədə Heydər Əliyev Fondunun gördüyü işləri, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edib.
Milli Məclisin deputatları Flora Qasımova və Aqil Abbas mədəni-tarixi dəyərlərimizin dünyada təbliğində kitab-kataloqun əhəmiyyətini diqqətə çatdırıblar. Onlar bu işin təşkilatçılarına və müəlliflərə minnətdarlıq edib, Qarabağın tarixinə və mədəniyyətinə həsr olunan kitabların nəşrinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıblar.
Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulova kitab-kataloq haqqında məlumat veriblər. Bildirilib ki, təqdim olunan nəşrdə ilk dəfə çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrlərdə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi və digər məsələlər əksini tapıb. Həmçinin xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyənləşdirilib. Bu, geyim mədəniyyətinin kataloqlaşdırılması sahəsində ilk təşəbbüsdür. Kitab-kataloq etnoqrafiya və sənətşünaslıq elmi ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, bu sahədə ixtisaslaşan magistr, dissertant və doktorantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Qarabağ geyimlərini nümayiş etdiriblər.
Sonra Elmin İnkişafı Fondunun yeni internet portalının və Fond tərəfindən yaradılmış “e-Qrant” - Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin eksklüziv təqdimatı keçirilib. Fondun sədri Elçin Babayev veb-portalın iş üsulu ilə bağlı ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu il oktyabrın 21-də yaradılmış Fond ötən yeddi ildə yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib, onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Fəaliyyətini daim təkmilləşdirən Fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq “e-Qrant” şəklində reallaşdırılmasıdır.
Tədbirdə, həmçinin EİF-in yeni “Qafqazşünaslığın problemləri” müsabiqəsi elan olunub, müsabiqənin qaydaları və şərtləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

