“Azərbaycanın Gənc Dostları Klubu” zəngin platformaya çevrilir”
25.10.2016 [09:51]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvləri xanım Xianqou Vanq və Yu Vanqın ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin iştirak etdiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə təsis edilib. Birliyin üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, 20 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri, eləcə də həmin tələbələrin təbliğatı ilə Azərbaycanı tanıyan, sevən xarici gənclər təmsil olunur. Birlik klubun üzvü olan xarici gənclərə Azərbaycanda təhsil imkanı yaratmağı, ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olmağı, Azərbaycan dilini və mədəniyyətini öyrənməyə maraqlı olan hər bir üzvə dəstək göstərməyi nəzərdə tutur.
Xianqou Vanq: “Mən Çin vətəndaşıyam və Litva Pedaqoji Universitetində ali musiqi təhsili aldığım müddətdə “Azərbaycan multikulturalizmi” fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim, amma bəzi məsələlər mənim üçün dumanlı qalmışdı. Ona görə də III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak etmək fürsəti yarananda sevindim. Çünki Azərbaycan multikulturalizmi ilə bağlı nəzəri olaraq öyrəndiklərimi əyani olaraq görmək imkanım yaranmışdı.
Yay məktəbi ilə bağlı zəngin təəssüratlarım var. Proqram çox əhatəli və maraqlı idi. Mühazirələr arasında ən çox Azərbaycan musiqisindən bəhs edən mühazirə xoşuma gəldi. Düşünürəm ki, Çinlə Azərbaycan arasında bir çox oxşar cəhətlər var; məsələn, milli geyimdə, musiqi növlərində və hətta bəzi adətlərdə. Özüm musiqiçi olaraq daha çox Azərbaycan musiqi növlərinin tarixini və Azərbaycan ərazisində müxtəlif milli mədəniyyətlərin inteqrasiyasının inkişafı haqqında daha çox öyrənmək istəyərdim. Səyahət etməyi və tarixi çox sevdiyim üçün səfər ərzində diqqətimi Bakının köhnə tarixi binaları çəkdi. Səfər zamanı Azərbaycanda özümü çox rahat hiss edirdim, buradakı insanlar çox mehriban və ürəyiaçıqdırlar.
III Beynəlxalq multikulturalizm yay məktəbində iştirakımı həyat təcrübəmin qiymətli hissəsi hesab edirəm. Gələcəkdə Azərbaycanla Çinin Sincan-Uyğur Vilayətinin musiqilərinin müxtəlif aspektlərinin müqayisəli təhlilini aparmağı düşünürəm. Ümid edirəm ki, buraya yenidən gəlmək fürsətim olar.
“Azərbaycanın Gənc Dostları Klubu”nun yarandığını biləndə məmnuniyyətlə üzv oldum. Çünki yay məktəbində iştirakımdan sonra Azərbaycan mənim üçün çox doğmalaşıb və dost ölkəyə çevrilib. “Azərbaycanın Gənc Dostları Klubu” ideyalarımızı paylaşmaq və müzakirələrdə fəal iştirak etmək üçün zəngin platformaya çevrilir”.
* * *
Yu Vanq: “Mən hazırda Litvada ali məktəblərdən birində musiqi təhsili alıram. Azərbaycan multikulturalizmi barədə oxuduğum təhsil ocağında məlumat əldə etmişəm. Azərbaycanlı pedaqoq Əfsanə Məmmədovanın Litva Pedaqoji Universitetində tədris etdiyi “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı dərslərdə fəal iştirak edirdim. Bu kurs dövründə öyrəndim ki, multikulturalizm Azərbaycana kənardangəlmə bir dəyər deyil, xalqın əsrlərə söykənən ali dəyəridir, həyat tərzidir və dövlət siyasətinin aparıcı istiqamətidir. III Beynəlxalq multikulturalizm məktəbində iştirakım unudulmaz xatirələrlə yadımda qalıb.
Yay məktəbinin proqramı çərçivəsində Nic qəsəbəsinə səfərimiz zamanı Alban-Udi xristian kilsəsini görəndə mütəəssir oldum. Musiqiçi olduğum üçün kilsədə səslənən orqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycanı yaxından tanıdım. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycan multikulturalizmi bu gün dünyanın örnək alacağı unikal modellərdən biridir. Məhz buna görə “Azərbaycanın Gənc Dostları Klubu” yarananda ilk üzvlərdən biri mən oldum və düşünürəm ki, bu dostluq ömür boyu davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

